adalet.az header logo
  • Bakı 19°C
17 Mart 2021 22:15
32048
İDMAN
A- A+

"Yunayted" Ronaldo ilə bağlı qərarını dəyişdi

"Mançester Yunayted" rəhbərliyi yayda "Yuventus"un hücumçusu Kriştiano Ronaldonu almaqda israrlı olmayacaq.

Qol.az xəbər verir ki, bu barədə "Express Sport" məlumat yayıb. Bildirilib ki, əvvəllər "Mançester Yunayted"in sahibləri portuqaliyalı hücumçunun yenidən klub formasında görmək istəyirdilər, amma indi vəziyyət dəyişib. Mançester təmsilçisinin heyətini digər futbolçularla gücləndirməyə üstünlük verəcəyi vurğulanıb.

Qeyd edək ki, Ronaldo 2003-2009-cu illərdə "Mançester Yunayted"də oynayıb.