adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 Mart 2021 22:38
28182
İDMAN
A- A+

"Gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanmasaq..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp klub rəhbərliyinin və futbolçuların ona münasibətindən danışıb.

Qol.az "Sport Bild"ə istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis deyib:

“Gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanmasaq, bu, böyük maliyyə itkilərinə səbəb olacaq. Bilirəm, belə bir vəziyyətdə dünyanın demək olar ki, bütün futbol klublarında baş məşqçi üçün heç nə asan olmayacaq.  Bu, tamamilə normaldır. Reallıqdır. Belə bir şeyi qəbul edərdim. Amma "Liverpul"da fərqlidir. Burada kimsə kiməsə şübhə etmir. Klub sahibi də, idman direktoru da, hətta oyunçular belə.  Vəziyyəti özümüz üçün qəbul etmişik və bu yolda mübarizə aparırıq".

Qeyd edək ki, son çempion "Liverpul" hazırda Premyer Liqanın turnir cədvəlində 46 xalla 6-cıdır.