adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Mart 2021 16:19
19630
İDMAN
A- A+

"Qarabağ" son 10 ilin ən yaxşı klubları sırasında

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası son 10 ilin ən yaxşı klublarının siyahısını açıqlayıb.

Adalet.az xəbər verir ki, 2011-2020-ci ilin nəticələrini əhatə edən siyahıda 140 klub yer alıb.

Azərbaycandan siyahıda yalnız “Qarabağ” klubu var. Ağdam təmsilçisi 1149,5 xalla 98-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, Ağdam təmsilçisi siyahıda ÇSKA (Moskva, Rusiya), “Atalanta” (İtaliya), “Qalatasaray” (Türkiyə), “Monako”, “Lill” (hər ikisi Fransa), “Everton” (İngiltərə) kimi klubları qabaqlayır.