adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
25 Mart 2021 10:00
27414
İDMAN
A- A+

Əfsanəvi boksçular üçüncü dəfə bir-birinə qarşı döyüşəcək

Əfsanəvi boksçular Mayk Tayson və Evander Holifildl arasında keçiriləcək üçüncü döyüş mayın 29-da baş tutacaq.

Mayk Tayson bu barədə öz “Instagram” səhifəsində açdığı canlı yayımda deyib.

“Hamıya bildirmək istəyirəm ki, Holifildlə döyüş baş tutacaq”, deyə əfsanəvi boksçu qeyd edib.

M.Tayson rəqibi barədə müsbət fikirlər də sələndirib: Evander Holifildl təvazökar oğlandır, o da mənim kimi Tanrıya inanır. Mayın 29-da uğur qazanmaq istəyirəm”.