adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
29 Mart 2021 13:50
30773
İDMAN
A- A+

Slovakiya - Malta 2:2

Bu nəticə sizə nəsə demir? Mənə deyir. Deyir ki, Qurban Qurbanova etdiyiniz haqsızlıq hələ çox qarşınıza çıxacaq. "Maltanı uda bilmədi" iradı ilə nəticə qazanmamaqda günahlandırılan və böyük hörmətsizlik edilən mütəxəssisi millidə hələ çox axtaracağıq. Hər iki oyun yadımdadı. Xüsusilə də Bakıda Maltanı meydana çıxmağa peşman eləmişdik, amma top sadəcə qapıya getmədi. Olur belə şeylər. Amma yox, qrupdakı oyunları hamısı udulmalı idi axı. Guya biz Avropa nəhəngiyik, mütləq fırtına kimi əsməliydik.

Pis günə qoyduğumuz Farer adaları iki gün əvvəl səfərdə Moldovadan xal aldı. Kosovo yığması haqda isə heç danışmıram.

Qurban Qurbanov o vaxt qovulmasaydı, indi əlavə iki tsikl işləyib sistem və fəlsəfəsini millidə ortaya qoymuş, lazımi qədər sınaqdan çıxarmış olacaq və əminəm ki, AÇ-nin seçmə mərhələsində də, son Millətlər Liqasında da daha çox xal toplayacaq, ML-də bəlkə də qrupdan çıxacaqdıq. Ən azı bu adamın həqiqi işini görüb haqlı qiymət verə biləcəkdik. Amma 6 il sözü verib 6 oyundan sonra göndərdik. Göndərdilər. Ki, öz əməllərinə alət edə biləcəkləri adamları iş başına gətirib bir-birilərinə "Спасибо, брат!" deyə bilsinlər.

Qurbanın haqqı hələ çox uzun illər başınızın üstündə qılınc kimi qalacaq. Unutmayın bunu!

Kənan Məstəliyev