adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
30 Mart 2021 11:31
80260
MÜSAHİBƏ
A- A+

"Porno aktyor olmaq istəyərdim"- MÜSAHİBƏ

Şair Yafəs Türksəs ADALET.AZ saytına müsahibə verib.

 

- Yafəs, bir müddət əvvəl sosial şəbəkələrdə verdiyin açıqlamara, dediyin sözlərə kütləvi şəkildə tənqid və təhqir olunurdun. Deyirdilər, ağsaqqal kişidir, yaşından-başından utanmır, sözlərinə, hərəkətlərinə bax..

- Hə, elədir. O cür danışan adamlar klassik düşüncəli adamlardır. Ağsaqqal kişi olanda nə olar? Əvvala, mən özümü yaşlı hesab etmirəm. Yaş sadəcə rəqəmdir. Ruhum da cavandı, elə özüm də. Çox cavandan da yaxşı cavanlıq edirəm. Kütlənin mənə birinci qınağı gənc qadınlarla, evli qadınlarla eşq yaşadığıma görədir, onları da vecimə almıram.

- Amma bütün hallarda yaş bir göstəricidir. Sən özün də evlisən və evli bir qadınla eşq yaşayırsan. Bu, əxlaqi baxımından düzgündürmü? Axı, həm də xəyanətdir..

- Xəyanət dərin sözdür. Xəyanəti vətənə edərlər. Ruslar buna əvəzləmə deyir. Elə mən də. Mənim xanımıma sevgim yoxdur. Ölüb. Eyni yaşıdıq, qocalıb, üzü-gözü qırış. Yoxdu da, içimdəki sevgi ölüb. Mən ona çox böyük hörmət edirəm. Uşaqlarımın anasıdır, daim qeydimə qalıb, mənə sevgi verib, yanımda olub. Onun haqqını heç cür ödəyə bilmərəm. Bəli, bütün hallarda yaşım çoxdur və bundan sonrakı ömrümü də bu cür yaşamaq istəyirəm. Gənc qadınların əhatəsində. Bir evli qadınla yaşayırdım. Hamı bilir. Onun da əri bilir və qəbul edir. Düzdü, mənim yodaşım qıcıqlanır, qısqanır, amma daha nə desin? Belə söhbətləri mən çoxdan aşmışam. Sadəcə, insanlar qəbul etmir, söyür. Mən gözəllik aşiqiyəm.

- Bəs, bu söyüşlər, təhqirlər səni narahat eləmir heç? 4 övladın var, hərəsinin öz ailəsi, müəyyən ətrafın. Sosial şəbəkələrdə bu cür görənlər irad bildirirərlər ki, ayıbdı, ağsaqqal kişisən, heç utanmırsan?!

- Narahat edir hərdən, amma vecimə deyil. Desinlər də. Mən onların fikirlərinə görə yaşamıram həyatımı. Hərdən oğlanlarım da irad bildirir, qızlarım da, qohumlar da, amma yenə deyirəm, onlar klassik, geri düşüncəli adamlardır. Evli qadınla gəzirəm, yaxşı edirəm, “tursikdə” şəkil paylaşıram, yenə yaxşı edirəm.

- Şəkil demiş, məlum alt geyimində paylaşdığın şəkilə görə də çox söydülər səni. Hamı dedi, bu da ağsaqqal, bu da şair, ziyalı, ölmür, utanmır, feysbukda gör nə paylaşır.

- Özləri ölüb utansın elə. Xəstə adamlardır. Gör, mənim alt paltarım onları necə maraqlandırır, müzakirə edirlər. Həmin şəkil Qara dənizdə çəkilib. Dənizdə nə ilə çimirlər? Belə də demirlər qoca kişi zad? O cür yanaşsınlar da, qoca kişiyəm, alt paltarında dənizdən şəkil paylaşmışam, daha niyə söyürsən, ay əclaf?! Özlərini dili ilə desək, bir yaşlı adamın alt geyimi bunları narahat edirsə, bunlar ziyalı qədri bilirlər? Ziyalı qədri bilsəydilər, kitablarımı oxuyardılar, alardılar.

- Kitab demiş, ədəbiyyatdan danışaq bir az da. 15 kitabın var, bir ara o kitabları əldə satırdın. Daha doğrusu, idarələrə verirdin, iş adamlarının yanına aparırdın...

- Hə, neyləyim, alan yoxdu, mən də belə edirdim. Amma buna görə də söydülər ki, dilənir. Özü də bunları deyən adamlar elə yazarlar idi həm də. Bilirsən hansı yazarlar? Məni buna öyrədənlər. Özləri kitabını qapı-qapı düşüb satanlar.

- Kimlərdir onlar, ad çəkə bilərsən?

- Hə, niyə çəkmirəm? Məsələn, Murad Köhnəqala, Kəramət Şükürlü, Kənan Hacı. Hansı idarədə şkafı açırsan, ordan Kənan Hacının kitabı çıxır. Bu cür satışı çox adam edir, amma mənim kimi səmimi olub dilə gətirə bilmirlər. Guya bunlar aristokratdırlar. Mən çoxundan fərqli olaraq yaltaqlıq eləmirəm, satılmamışam. İndi balaca bir vəzifəm olsaydı, hamısı mənə yaltaqlıq edərdi, bu gün söyənlər tərif edərdi. Kasıb adamam, çoxlarının yaşaya bilmədiyi cür yaşayıram və bunu da göstərirəm deyə, əsəbiləşirlər.

- Sən tez-tez yazırsan ki, məndən postmodern şair yoxdur Azərbaycanda. İddian böyükdür. Necə əsaslandıra bilərsən?

- Bəli, Azərbaycanda bir postmodernist şair var, o da mənəm. Oxucunu aldatmıram. Bizim şairlərin çoxu bilmir modernizm, postmodernizm nədir. Guya Rasim Qaracanı deyirdilər. Rasim xirtdəyə qədər kompleksin içindədir. Bircə dəfə otursunlar, görsünlər necə narahat adamdır. Harası postmoderndir onun? Çox nümunə çəkmək olar belə. Mən həm də Azərbaycanda da, dünyada da canlı komediya yazmış ilk adamam. Onun 4 pərdəsi “Ədalət” qəzetində gedib, 3 nömrəsi də qalır hələ. Məndən başqa postmodern bir adam da var az-maz, o da Həmid Hersçidir.

- Bir dəfə yazşmışdın özün də, həm də başqaları yazmışdı ki, restoranda dava düşüb, Şərif Ağayarın üstünə düşüblər, sən də qoyub qaçmısan, buna da sonra demisən ki, postmodern bir hərəkətdir...

-Yox, qaçmaq olmayıb, amma qarışmamışam. Onlar çox idi, birinci üstümüzə düşənlər Şəriflə dalaşdılar. Şərifdi də, Aşıq Ələsgərdən zaddan danışırdı, birdən mübahisə oldu. Mən gördüm ki, onsuz da qarışsam, məni də döyəcəklər. Niyə qarışım? Üstündən bir neçə gün keçəndən sonra Əlisəmid Kür, başqa şairlər üstümə gəldilər ki, niyə qarışmamısan, tək qoymusan Şərifi? Dedim, siz bilməzsiniz, bu, postmodern bir hərəkətdir. Qarınlarını tutub güldülər. Sən demə, Şərif əvvəldən deyib ki, baxarsınız, Yafəs belə deyəcək..

- Haqqında başqa söhbətlər də gəzir. Məsələn, deyirlər, şəhər yumurtasını toyuq nəcisinə batırıb, üstünə də tük qoyub kən yumurtası adı ilə camaatı aldadıb satırdın..

- Olub, gizlətməyəcəm. Çox kasıb olduğum vaxtlar idi. Bel bankası alırdım ucuz, qaçqınlar olan yerdə satırdım. Məhlədə balaca “polkam” var idi. Mən alıb gətirirdim, yoldaşım satırdı, beləcə dolanırdıq. Bir dəfə həmin ərazidən deputatlığa namizəd verdim. Seçicilərlə danışıq zamanı gördüm ki, arvadlar öz aralarında danışır, bir-birilərinə bu yumurta, banka satan kişidir deyir...

- Səs vermədilər yəqin ona görə də..

- Yox, əşi, pulumu alıb geri çəkdim namizədliyimi(gülür)

- Kitabını apardığın bir idarədə demisən ki, mən Xəlil Rzayam?

- Hə, o da olub. Saqqal saxlayırdım, dedim, inandılar. Amma sonra bildilər, özümə dedilər, dedim, Xəlil Rzayam mən də, adım elədir, siz dediyiniz Xəlil Rza ölüb. Aldıqları kitabın pulunu istəyirdilər..

- Yafəs, səni gənc yazarlar da tənqid edir hərdən, deyirlər, istedadsızdır, tükənib.

- Kim elə deyir, qələt edir. Mən gənclərə özüm dəstək verirəm, jurnal çıxardırdım, çap edirdim onları, amma çoxu gedib həmin jurnalı belə almırdı. Gör, necə müştəbehdirlər.

- Kimlər? Ümumiyyətlə, bəyənmədiyin gənclərdən kim var?

- Mən orda çox adamı çap etmişəm. “Yazar” jurnalı.  Cəhənnəm, başqasını almırsan almırsan, heç olmasa öz çıxdığın nömrəni al. Məsələn, Mirmehdi Ağaoğlu, Mübariz Örən və.s. Gedib almırdılar, a kişi. Gənclərdən populyar olan, amma əslində o qədər də yaxşı olmayan Şəhriyar Del Gerani var məsələn. Vaqif Bayatlını yamsılamaqdan birtəhər olacaq axırda. İstedadlı adamdır, amma şeirlərində də yeni düşüncə yoxdur. Hamısı qoşulub Ramiz Rövşənə, ağlayırlar. Çoxdu. Amma gənclərini adını çox çəkib, pisləyib həvəsdən salmaq istəmirəm..

- Yafəs, son olaraq bunu soruşum. Əgər şair olmasan. həyatın belə gətirməsə, kim olardən, kim olmaq istəyərdin?

- Əgər Azərbaycanda yox, məsələn digər xarici ölkələrin birində doğulsam, porno aktyor olmaq istəyərdim.  Bu da mənim gözəllik aşiqi olmağımla bağlıdır.

 

Söhbətləşdi; Orxan Saffari