adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Mart 2021 12:40
29570
İQTİSADİYYAT
A- A+

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 29-da 63,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,25 dollar/barel azdır.

Bu barədə Adalet.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,15 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,14 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,27 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,53 dollar/barel azdır.