adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
31 Mart 2021 09:32
27923
DÜNYA
A- A+

Dünyada koronavirusla bağlı son vəziyyət

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 128 milyon 804 min 592 nəfərə çatıb.

Adalet.az  Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 815 min 993 nəfərdir. İndiyədək 103 milyon 943 min 641 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatına əsasən, ötən sutka ərzində 427 964 nəfər koronavirusa yoluxub, 8156 pasiyent dünyasını dəyişib.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 31 097 154 nəfər virusa yoluxub, 564 138 pasiyent dünyasını dəyişib.

İkinci sırada Braziliya gəlir. İndiyədək bu ölkədə 12 664 058 yoluxma qeydə alınıb. Onlardan 317 936 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Hindistanda pandemiya dövründə 12 149 335 nəfərdə virus aşkar edilib. Xəstələrdən 162 502 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Fransada 4 585 385 yoluxma, 95 337 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Rusiyada 4 536 820 nəfər virusa yoluxub ki, onlardan 98 442-si ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.