adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
31 Mart 2021 10:58
27236
İQTİSADİYYAT
A- A+

Azərbaycan nefti bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 30-da 64,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,32 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,68 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 63,54 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel çoxdur.