adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Aprel 2021 10:05
32450
ANALİZ
A- A+

Böyük Qələbənin Zəfər Zəngi

5 il öncə, 2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə erməni işğalçıları, erməni təcavüzkarları yenidən məqsədli şəkildə atəşkəs rejimini pozaraq, Azərbaycanı təxribata çəkməyə, yenidən özlərini dünyaya məzlum, yazıq xalq kimi göstərməyə cəhd etdilər. Ancaq onların bu alçaq və məkrli niyyətləri baş tutmadı, bütün planları, bütün hesabları pozuldu. Bu planları, bu hesabları isə pozan güclü və qüdrətli Azərbaycan. yüksək döyüş qabiliyyətli Azərbaycan Ordusu, qəhrəman Azərbaycan xalqı və müdrik ölkə prezidenti cənab İlham Əliyev oldu. Ali Baş Komandanın rəhbərliyi altında 2-4 aprel tarixlərində Azərbaycan Ordusu, xalıqımızın igid və qəhrəman övladları erməni işğalçılarına, erməni qəsbkarlarına bütün cəbhəboyu ağır və sarsıdıcı zərbələr vurdu, Azərbaycanın işğal altındakı ərazilərinin bir qismini, xüsusilə, strateji əhəmiyyətə malik olan Lələ Təpə yüksəkliyini, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini erməni işğalından, erməni işğalçılarından azad etdilər.

Xatırladım ki, Prezident İlham Əliyev Aprel döyüşlərində azad edilən Cocuq Mərcanlı kəndinə qayıdışı Böyük Qayıdışın başlanğıcı kimi səciyyələndirmişdi. Ona görə də Aprel döyüşlərində qarşıya məhdud səviyyədə tapşırıq qoyulsa da, bu, Ali Baş Komandan, Ordumuz və xalqımız üçün Vətən müharibəsinə hazırlıqla bağlı bir sınaq oldu.

Aprel döyüşlərində Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqının bir yumruq kimi birləşdi. Bu, sonradan Vətən müharibəsində düşməni əzən “Dəmir yumruğ”a çevrildi.  Bu döyüşlərdə xalq Ali Baş Komandana və Azərbaycan Ordusuna açıq dəstəyini ifadə etdi, döyüşlərdə bir fərari belə olmadı. Bu, Qarabağ münaqişəsinin hərb yolu ilə həllinə qərar verilərsə, xalqın artıq buna hazır olduğunun göstəricisi idi.

Bu döyüşlər zamanı mərd və cəsarətli Azərbaycan gəncləri, əsgərlərimiz, zabitlərimiz Vətən yolunda qəhrəmanlıq göstərərək şəhid oldular, ömürlərini qurban verdilər. Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda şəhid olmuş bütün insanlara Allah rəhmət eləsin. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq".

Aprel döyüşlərində Vətən uğrunda qəhrəmancasına həlak olmuş hərbçilərimizə və eyni zamanda həlak olmuş mülki şəxslərə, bütün şəhidlərimizə Allah rəhmət eləsin.

          

Əminə Ağazadə
Milli Məclisin deputatı

Digər Xəbərlər