Argentina prezidenti koronavirusa yoluxub
Argentina prezidenti Alberto Fernandes koronavirusa yoluxub.
Adalet.az-ın məlumatına görə, bu barədə prezident öz "Twitter" səhifəsində yazıb.
O, koronavirusa görə test verdiyini və bu testin müsbət nəticələndiyini bildirib. Prezident özünü yaxşı hiss etdiyini deyib.
Qeyd edək ki, A.Fernandesin bu ilin yanvarında koronavirusa qarşı peyvənd olunduğu məlumat verilmişdi.
Digər Xəbərlər
24 Aprel 2024 20:46