adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Aprel 2021 15:14
27760
DÜNYA
A- A+

Ermənistan müxalifəti bölgələrdə aksiyalara başlayır

Ermənistan müxalifətinin birləşdiyi "Vətənin qurtuluşu hərəkatı" bölgələrdə aksiyalara başlayır
Azvision.az xəbər verir ki, bu barədə hərəkat “Facebook”da məlumat yayıb.

Qeyd edilib ki, hakim "Mənim addımım" parlament fraksiyası Konstitusiya və qanunvericilikdən irəli gələn öhdəliklərini yerinə yetirmir, deputatlar xain hökumətin, şəxsən Nikol Paşinyanın əlində "düymə basana" çevriliblər.

Bu gündən hərəkat Dəmirçyan küçəsini boşaldacaq, lakin regional səfərlərdən sonra Baqramyan-Dəmirçyan küçələrinə qayıtmaq niyyətindədir. Müxalifətçilər insanları icmalarda təşkilatlanmağa, küçələrə çıxmağa və hərəkatın iclaslarında və toplantılarında fəal iştirak etməyə çağırıblar.

İlk görüş 6 aprel tarixində Sevan şəhərində baş tutacaq.

Bundan əvvəl, hərəkatın liderlərindən biri və "ARF Daşnaksütyun"un nümayəndəsi İşxan Saqatelyan müxalifətin ilk mərhələdə bölgələrdə görüşlər keçirəcəyini, insanları genişmiqyaslı etiraz aksiyalarına səfərbər etməyə çalışacağını söyləyib. O bildirib ki, Nikol Paşinyanın yalnız de-yure deyil, de-fakto getməsi üçün hər şey edilməlidir.