adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Aprel 2021 10:27
32219
DÜNYA
A- A+

Türkiyədə FETÖ əməliyyatı: 265 hərbçi saxlanıldı

Türkiyə ordusunda FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbçilərin saxlanılması istiqamətində genişmiqyaslı əməliyyat keçirilib.
Azvision.az xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan əməliyyat zamanı FETÖ ilə əməkdaşlıqda şübhəli bilinən 93 hərbçi saxlanılıb. Onlardan 25-i həbs edilib, üç nəfər barəsində araşdırmalar aparılır.

Hazırda 22 nəfərin axtarışları davam edir.

Daha bir əməliyyat İzmir Baş Prokurorluğu tərəfindən ölkənin 53 vilayətində keçirilib. Martın 23-də başladılan əməliyyatlarda indiyədək 184 hərbçinin saxlanılmasına qərar verilib. Bu şəxslərdən 172 nəfəri saxlanılıb, onlardan 123-ü fəaliyyətdə olan hərbçilərdir. Saxlanılanlardan 41 nəfəri həbs edilib, 92 şəxs isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.

Digər şübhəlilərin axtarışları davam edir.