adalet.az header logo
  • Bakı 16°C
04 Aprel 2021 11:51
30189
DÜNYA
A- A+

“Azərbaycan hökuməti vaksinasiyanı erkən başlatmaqla çox uğurlu iş görüb” - Aİ rəsmisi

“Azərbaycan hökuməti vaksinasiyanı erkən başlatmaqla artıq çox uğurlu iş görüb”.

Adalet.az APA-ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib.

Kestutis Yankauskas deyib ki, gələcəkdə digər peyvəndlərin də çatdırılması peyvənd seçiminə imkan verəcək: “Vaksinlərlə bağlı töhvə verələrin hamısına – Ümumdünya Səhiyyə Təşkilatına, UNİSEF-ə və COVAX mexanizminə dəstək verən digər ölkələrə təşəkkürümüzü bildiririk. Mən yalnız hər kəsi ən uyğun zamanda vaksinasiya üçün müraciət etməyə çağıra bilərəm. Çünki bu COVID-19-la mübarizənin ən yaxşı yoludur”.