adalet.az header logo
  • Bakı 12°C
05 Aprel 2021 16:10
28068
DÜNYA
A- A+

Rusiya NATO -ya təhlükə yaradır

Rusiyanın NATO-nun silahlı qüvvələrinə qarşı təhlükə yarada biləcək,  daima inkişaf edən, müasir hərbi dəniz donanması var. Bu barədə "Business İnsider"in məqalə müəllifi, qeyd edir ki, Rusiya Hərbi Dəniz Qüvvələri Avropa ətrafında hərəkətlərini izləmək üçün Arktikada, Afrikada və Yaxın Şərqdə öz aktivliyini genişləndirir.
   

"Bu gün Rusiya Hərbi Dəniz Donanmasında bütün tiplərdən  360 gəmi var. Böyük kreyserləri və esminnesləri , həcmcə daha yığcam korvet və freqat tipli gəmilərlə əvəzlənir"- deyə məqalədə bildirilir.

 "Business İnsider"in fikirincə bu hərbi gəmilərin bir çoxu NATO hərbi gəmilərinin həcmindən kiçik olsada, 2015-ci ildə "Kalibr" raketləri tipli yeni silahlarla təmin olunub. Bu da ruslara NATO qsrşısında üstünlük verir"- deyə məqalədə qeyd olunur.

  Bundan başqa Rusiya Hərbi Dəniz qüvvələrinin əsas üstünlüyü dənizin altında "gizlənir". Belə ki, onların heyyətində 12 atom sualtı qayıqlarıda daxil olmaqla ballistik raketlərlə təmin edilmiş 59 submarin fəaliyyət göstərir.
 

Bu ilin sonunadək Rusiya HDD-sı üçü atom sualtı qayığı olmaqla daha altı sualtı qayıqla gücləndiriləcək. Həmçinin 1144"Orlan" atom taket kreyseri tam modernləşdirilərək istifadəyə veriləcək. 
 

Daha əvvəl The National İnterest yazırdı ki, Rusiyaya SSRİ-dən şişirdilmiş HDD-sı miras qalmışdı. Buna görə də 90-cı illərdə onlar geri qalırdılar. Sonradan Kreml donanmanı gücləndirmək üçün köhnə gəmiləri modernləşdirmək və yenilərini yaratmaq məqsədilə əhatəli proqram qəbul etdi. "The Diplomat" jurnalı, öz növbəsində Rusiyanın 2000-ci ildən başlayaraq Hərbi Dəniz Donanmasını gücləndirməyə başlamasını və hazırda NATO-ya real təhlükə yaratdığını qeyd edir.

Rüstəm Hacıyev