adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Aprel 2021 11:39
29945
DÜNYA
A- A+

İndiki cavanlar heç yaxın tarixlərini brlə bilmirlər

"Nyürnberq. Media"nın sifarişi ilə Superjobun apardığı sorğuların nəticələrinə görə, Rusiyanın 18 -24 yaşlı gənclərin böyük əksəriyyətinin Nyurnberq məhkəməsilə bağlı məlumatları yoxdur.
 

Araşdırılmalar göstərib ki, soruşulanların 46 faizi ümumiyyətlə Nyurnbeq məhkəməsi ilə bağlı nəinki bir bilgiyə malik deyillər, ümumiyyətlə bu tarixi prosses barədə eşitməyiblər. 
 

Sorğu keçirirənlərin rəylərinə görə Nyurnberq tribunalı barədə məlumatlar kifayət qədər işıqlandırılmayıb. Buna görə də, hətta 45 yaşdan yuxarı vətəndaşlar, bu Beynəlxalq tribunalın idioloji cəhətini aydınlaşdıra bilmirlər.
 

Nyurnberq tribunalı 20 noyabr 1945-ci ildə başlayıb, 1 oktyabr 1946-vı ildə başa çatıb. Ümumilikdə, nasist Almaniyasının 24 ən yüksək vəzifəli şəxsi ittiham olunub. 403 məhkəmə iclası açıq keçirilib. Tribunalın işi dünya mətbuatında geniş işıqlsndırılıb və radio vasitəsi ilə canlı yayımlanıb. Dünyaya və insanlıqa qarşı ən ağır cinayətləri sübuta yetirilən 12 nəfərə qarşı ölüm hökmü çıxarılıb, qalanlarına  isə ömürlük həbs cəzası və uzun müddətli həbsxana cəzası verilib.
 

Nyurinberq tribunalı, İkinci Dünya müharibəsindən nəticələr çıxarılmasına, yeni dünya quruluşunda insan haqlarının və beynəlxalq hümanitar hüququn qorunmasına zəmin yaratmalıydı. 
 

Lakin bu tarixi prossesin insanlıq üçün açmaq istədiyi "yeni dünya formatı" nəticəsiz qaldı. İkinci dünya müharibəsindən sonra baş verən proseslər göstərir ki, guya insan haqlarını, beynəlxalq hüquq normalarnı qorumaq üçün yaradılan  çoxsaylı Beynəlxalq təşkilatlar belə, dünyada baş verən sonsuz vəhşiliklərin, müharibələrin qarşısını almaq gücündə deyillər. Çünki ABŞ, Rusiya, Çin və Avropanın bir sıra hegemonluq iddiasında olan dövlətlərinin bu məsələrə "öz dövlət maraqları" prizmasından yanaşırlar.
  
Rüstəm Hacıyev