Bu gün 50 jurnalistin vaksinasiya olunması nəzərdə tutulur - TƏBİB
Bu gündən etibarən Azərbaycanda jurnalistlərin vaksinasiyasıına başlanlıb.
Adalet.az-ın məlumatına görə, jurnalistlərin vaksinasiyası könüllü müraciətlər əsasında Mətbuat Şurasının binasında səyyar briqadalar tərəfindən həyata keçirilir.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Elnarə Baxış bildirib ki, gün ərzində 50 jurnalistin vaksinasiya olunması nəzərdə tutulur:
"Aprelin 2-dən ibarət olaraq vaksinasiya prosesinə səyyar formada da başlanılıb. Mətbuat Şurasının binasında da səyyar formada vaksinasiya həyata keçirilir. 18 yaşdan yuxarı mətbuat işçiləri müraciət edərək vaksinasiyada iştirak edə bilər".
Digər Xəbərlər
19 Aprel 2024 17:45