adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Aprel 2021 09:09
32273
HADİSƏ
A- A+

Bakıda istirahət mərkəzində yanğın olub

Bakıda istirahət mərkəzinin ərazisində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Adalet.az-a verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda istirahət mərkəzinin ərazisində hər mərtəbəsi 600 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 44 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.