adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
13 Aprel 2021 13:14
28721
DÜNYA
A- A+

MERKEL UKRAYNANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR

Almaniya kansleri Angela Merkel, Almaniya -Ukrayna iqtisadi forumunun dördüncü görüşndə, Krımın Rusiyaya birləşfirilməsi və Donbass münnaqişəsində Avropa İttifaqının yekdil mövqeyinni dəstəkləməyin vacibliyini qeyd edib.

" Almaniya Ukraynanın yaxın əməkdaşlarından biridir və biz qətiyyətlə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Bizim üçün Avropa İtiifaqının yeddi il bundan öncə Krımın işğalına və Ukraynanın şərqində davam edən münaqişəyə birtərəfli münasibət göstəməsi vacib məsələdi"- deyə Merkel bəyan edib. Kansler Almaniya ilə Ukraynanın əlaqələrinin təkcə iqtisadi məsələrlə bitmədiyini qeyd edib. Ukrayna və Rusiya arasında münaqişə 2014 -cü ildə, qondarma Luqansk və Donetsk xalq respublikalarının müstəqillik elan etdikləri vaxtdan başlayıb. Vəziyyətdən istifadə edərək, Rusiya Krımı işğal edib və bu regionu Rusiyanın ərazisi elan edib. BMT - nın son məlumatlarına görə, hələ də davam edən münaqişə nəticəsində 13 minə yaxın insan həyatını itirib. Məsələnin həlli ATƏT-ın Minsk qrupuna həvalə olunub. Minsk Qrupunun "fəaliyyəti" isə göz qabağındadır. Altı ildi davam edən münaqişə hələ də qarşılıqlı atəş səsləri ilə davam etməkdədir.

Rüstəm Hacıyev