adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 Aprel 2021 16:34
29853
MƏDƏNİYYƏT
A- A+

Xoreoqrafiya Akademiyası beynəlxalq əməkdaşlığı genişləndirir

Bakı Xoreoqrafiya Akademiyası milli ənənələri qorumaqla yanaşı beynəlxalq əlaqələri uğurla genişləndirməyə davam etdirir. 

Belə ki, Bakı Xoreoqrafiya Akademiyası və Moskva Dövlət Xoreoqrafiya Akademiyası arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilə tərəflər arasında mədəniyyət, təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tələbə - müəllim mübadiləsi, ustad dərslərin təşkili, müştərək layihələrin həyata keçirilməsi, eləcə də gənclər təşkilatları və yaradıcı birliklər daxil olmaqla ictimai təşkilatların xətti ilə əlaqlərin inkişafını özündə əks etdirir.

Eyni zamanda, Bakı Xoreoqrafiya Akademiyası və Kazan Dövlət İncəsənət Universiteti arasında da ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanıb. 
Müqaviləyə əsasən, hər iki təhsil müəssisəsi arasında təhsil və elm sahələrində əməkdaşlıq, qabaqcıl təcrübənin tədris prosesində tətbiqi, akademik, elmi və mədəni əlaqələrin qurulmasını nəzərdə tutulub. 
    
Qeyd edək ki, hər iki müqaviləyə əsasən, tərəfdaşlar arasında tələbələrin balet tamaşa layihələrinin, aparıcı xoreoqrafların iştirakı ilə konsert proqramlarının, teatr tamaşa quruluşlarının, rəsm sərgilərinin və kinofilmlərin nümayişi təmin ediləcək.