adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Aprel 2021 12:43
24847
DÜNYA
A- A+

ABŞ HƏRBİ GƏMİLƏRİNİ QARA DƏNİZƏ GÖNDƏRMİR

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, ABŞ hərbi gəmilərinin Bosfor boğazından keçməsi qərarını ləğv edib. Söhbət 14-15 aprelddən 4-5 maya qədər Qara Dəniz akvatoriyasında Roosevelt və Donald Cook esmineslərinin olmasını nəzərdə tutan qərarın ləğvindən gedir. "Bizə şifahi olaraq məlumat verildi ki, gəmilərin boğazdan keçməsi barədə qərar ləğv edilib.

Lakin hərbi həmilərin boğazdan keçməsi üçün hələ üç gün vaxtları var. Əgər qərar dəyişsə, onda ABŞ esmineslərinin boğazdan keçməsi barədə yeni qərarını təsdiqləməlidir" - deyə türkiyəli diplomat NTV telekanalına müsahibəsində bildirib. Çavuşoğlu, qeyd edib ki, Birləşmiş Ştatlar son vaxtlar boğazdan keçidlə bağlı 14 sənəd göndərib, lakin sonra onlardan beşini ləğv edib. Pentaqonun rəsmi nümayəndəsi Con Kirbinin sözlərinə görə amerikan hərbi gəmilərinin Qara dənizə gəlməsi Türkiyə hakimiyyəti ilə Monte konvensiyası çərçivəsində təlim xarakteri daşıyır.

Rüstəm Hacıyev