adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
16 Aprel 2021 09:08
47598
ŞOU-BİZNES
A- A+

Məhkəməlik iddialar: Aşpaz Nusrət Gökçe təzminatı ödəyəcəkmi? 

Türkiyəli aşpaz Nusrət Gökçe hələ 2012-ci ildə belə bir açıqlama vermişdi:”10 il əvvəl 400 dollar maaşla çalışan bir insan idim. Bu gün şirkətlərimin  marka dəyəri 1.5 milyard dollar olaraq hesablanır. 3 milyard dolları keçəcəyəm".

O açıqlamasından sonra sözünü tutan məşhur aşpaz Türkiyə sərhədlərindən kənarda da restoranlar şəbəkəsinə malik olan Nüsret bu sözlərdən sonra həyatını qələmə alacaq yazar axtardığını və kitabı Amerikada nəşr etdirmək istədiyini bildirmişdi.


Belə yüksəlişdən sonra Nüsrətdən pul qazanmaqda eşqinə düşənlər də ortaya çıxdı.Beləki, aşbaz Mayamidəki obyekti üçün etdirdiyi dizayna görə məhkəməlik olub.

Məsələ necə baş verib. Adalet.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, “New York Post”da yayılan məlumatlara əsasən, fenomen məkanın dizaynı üçün Uilyam Hiks və Cozef Yurato adlı rəssamlarla razılaşıb.

O, divarda özünün məşhur duz səpdiyi səhnənin çəkilməsini istəyib. Daha sonra Nusrətin Doha, Dubay və Nyu-Yorkdakı məkanlarında da eyni dizaynlardan və fotodan istifadə edilib. Buna görə də hər iki rəssam onların işini icazəsiz yaydığı üçün Nusrəti məhkəməyə verib.

Onlar fenomendən 5 milyon dollar (8 milyon 500 min manat) təzminat tələb edirlər.

 Mətbuatın yazdığına görə "Duz tökmə" hərəkətilə qısa vaxt ərzində internetdə fenomenə çevrilən türkiyəli iş adamı Nüsrət Gökçe hətta Türkiyədə koronavirusla bağlı qəbul edilmiş karantin qaydalarını da pozub.
Bu barədə "HaberGlobal" məlumat yaymışdı.

Gökçe əvvəlcə maskasız evdən çıxaraq, idmanla məşğul olub. Daha sonra isə sosial məsafə qaydasına əməl etməyərək, yaxtası ilə gəzintiyə çıxıb.

Gökçenin fotolarının çəkildiyini görən köməkçiləri jurnalistlərə əngəl olmağa çalışıb.
 

Əntiqə Rəşid