adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 Aprel 2021 10:33
26917
DÜNYA
A- A+

İspaniyada 12 yaşlı qızlarını pula satan valideynlər saxlanıldı

İspaniya polisi valideynlərin satdığı 12 yaşlı qızı xilas ediblər.

“El Pais”in xəbərinə görə, əməliyyat zamanı üç Rumıniya vətəndaşı - evli cütlük və onların qohumu saxlanılıb.

Bildirilir ki, uşağın artıq bir neçə gün məktəbə gəlmədiyi barədə polisə məlumat verildikdən sonra hüquq-mühafizə işçiləri axtarışa başlayıblar.

Bəzi mənbələr qızın valideynləri tərəfindən təxminən 4 000 avroya satıldığını iddia edir.

Müstəntiqlər nəzarətə alınan hər iki ailənin mənsub olduğu etnik qaraçı ayininə görə qızı evləndirmək istədiklərini istisna etmir.

Hüquq-mühafizə işçiləri qızın aparıldığı Monte-Alto rayonuna gediblər. Yeniyetmə hansısa zorakılığa məruz qalıb-qalmamasının müəyyən edilməsi üçün tibbi ekspertizadan keçiriləcək.