adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Aprel 2021 13:30
31684
ŞOU-BİZNES
A- A+

Çağla Şikelin uğursuz sevgiləri və uğursuz evliliyi: Xöşbəxtliyə tərəf atılan ilk addım

Sənətə gəldiyi ilk gənclik çağında şoumen Bəyazit Öztürkün (Bəyaz) birlikdəliyini bütün Türkiyənin gözü qarşısında yaşayan və sevginin nigahla sonuclanmamasını, ayrılığı kameralar qarşısında ağlayaraq bildirən model-aparıcı Çağla Şikel haqqında maqazin xəbərləri hər zaman yenilənir, hər zaman gündəm olur. Deyilənə görə, Bəyazitdən əvvəl model xanım aktyor Bozok Gören, şarkıçı Gökhan Özen, Şenol İpek ile yaşadığı eşk ilə gündəmdə olub.

Amma Çağla yaşadığı o uğursuz sevgilərdən sonra yeni sevgilisini nigah masasına oturda bildi. Yəni 2008-ci məşhur müğənni Emre Altuğilə ailə həyatı qurdu. Cütlüyün bu evlilikdən Uzay və Kuzey adlı iki oğul övladı oldu. 2015-ci ildə cütlük bu evliliyə son qoydu.

Ərindən ayrılan Çağla Şikel eşq dedi-qoduları elə həmin ili başlandı.

model bir çox məşhur markaların sahibi olan Mehmet Ziylanın oğlu Mahmutla sevgili oldu.İddialara görə, həmin illərdə Şikel və Ziylan aralarında Hakan Akkaya, Bengü və Öykü Serterin də yer aldığı ortaq dostlar vasitəsiylə tanış olub. Sevgililər otellərin birində baş tutan tədbirdə birlikdə olublar. Çağla podiuma çıxdığı tədbir bitdikdən sonra məkandanMahmutla birlikdə ayrılıb. Onlar gecəyə restoranda davam ediblər. Cütlüyün bir-birini qucaqlayaraq oturması diqqət çəkib.

Daha sonra onun “Kazinocular Kralı”Fəxrəddin Aslanın oğluMehmetAslanla görüşdüyünü də maqazin aləmində bilməyən yoxdur. Çox keçmir cütlük ayrılır. Mehmet Aslan Çağla Şikeldən ayrılmasının qarşılığında babasının ona son model bir BMW aldığı dedi-qodularını doğruladı....

Ötən il isə manekenin adı yaraşıqlı barmen Aydın Gürhan ilə hallandı və böyük səs-küyə səbəb oldu.

Yeni xəbər var

Adı hər zaman gündəmdə olan gözəl aparıcı haqqında yeni bir xəbəri diqqətinizə çatdırırıq.

Beləki, ifaçının keçmiş həyat yoldaşı model Çağla Şıkel və övladları ona ad günüsürprizi ediblər.

Adalet.az türk mətbuatına istinadən bildirir ki, Uzay və Kuzey atalarının xəbəri olmadan, anaları ilə birlikdətort gətirərək onu təbrik ediblər. Övladları ilə birlikdə Çağlanında gəlməsi Altuğu çox təəccübləndirib. Oğullarını öpərək təşəkkür edən müğənni həmin anları İnstaqram hesabında izləyiciləri ilə bölüşüb.Onun bu paylaşımlarına minlərlə bəyəni və şərh gəlib.

 

Əntiqə Rəşid