adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Aprel 2021 10:49
27209
SAĞLAMLIQ
A- A+

Bakıda ən çox yoluxma bu rayonlarda olub

Bakı şəhəri üzrə koronavirusa ən çox yoluxma halları Binəqədi, Xətai və Yasamal rayonlarında olub.

Adalet.az-ın məlumatına görə, paytaxt üzrə COVID-19-a yoluxanların 14,8 faizi Binəqədidədir. 13,4 faizi Xətai, 12,4 faizi Yasamal rayonunun payına düşür.

Yoluxma hallarının 10,9 faizi Sabunçu, 8,0 faizi Nəsimi, 8,3 faiz isə Nərimanov rayonlarında qeydə alınıb. Yoluxma hallarının 7,0 faizi Nizami, 7,0 faizi Xəzər, 4,6 faizi Qaradağ, 5,1 faizi Səbail rayonlarındadır.

Bakı şəhəri üzrə ən az yoluxma halı isə Pirallahı rayonunda olub.