adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
19 Aprel 2021 10:54
23890
ŞOU-BİZNES
A- A+

 Həmcinsi ilə evli olan aktrisa keçmiş ərini şərlədi: Hollivudda yeni qalmaqal

Tanınmış amerikalı aktyor Conni Deppi 2015-ci ildə iki uşağının anası fransız müğənni və aktrisa Vanessa Paradisi tərk edərək cazibədar aktrisa, 28 yaşlı Ember Hördlə evlənmişdi . Bu aktyor Conni Deppin sayca 3-cü evliliyi idi. Cəmi bir il sürən evlilik qalmaqallı bir şəkildə başa çatıb . Beləki, bu dəfə Ember Hördün Conni Depdən əvvəl bir qadınla evli olduğu ortaya çıxıb. Onun fotoqraf Tasya Van Ree ilə evli olduğu məlum olub. Hətta aktrisanın öz soyadını dəyişərək Van Ree də etdiyi bildirilir.

Ortaya çıxan dəlillərə əsasən Hördün 2008-ci ildə Koliforniya məhkəməsinə müraciət edərək həyat yoldaşı olmaq istəyi ilə qız dostunun soyadını özünə götürüb. Daha sonra onun adı Ember Van Ree olaraq dəyişdirilib. 

Sözügedən illərdə eynicinslilərin nikahı qanunla dəstəklənmədiyindən evlilik sənəd üzərində öz təsdiqini tapmayıb. Lakin cütlük birliklərini rəsmiləşdirmək üçün bütün yollara əl atıb. Yalnız 3 ildən sonra cütlük gizli bir şəkildə toy mərasimi keçirib.

 Yeni qalmaqal

C. Deppi məişət zorakılığında ittiham edən keçmiş həyat yoldaşı, aktrisa Ember Hördün yalanı üzə çıxıb.

“Daily Mail” nəşrinin məlumatına görə, aktrisanın şikayətindən sonra cütlüyün Los-Ancelesdəki evinə gedən polis əməkdaşları mənzildə və Hördün üzərində hər hansı bir zorakılıq əlaməti olmadığını bildiriblər.

Polislərin döş nişanlarındakı kameraların görüntüləri də onların dediklərini təsdiq edib.

Qeyd edək ki, ötən il Ember Hörd “The Sun” nəşrinə Conni Depplə birgə ailə həyatı zamanı 14 məişət zorakılığı hadisəsinin yaşandığını bildirib. Aktyor tabloidi məhkəməyə versə də, uduzub. Məhkəmə aktrisanın ifadələrinə inanıb. İndi isə onların yalan olduğu və Deppin şərləndiyi üzə çıxıb.
 

Əntiqə Rəşid