adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Aprel 2021 09:01
30168
ŞOU-BİZNES
A- A+

COVID-19 -a yoluxan aparıcıdan kədərli paylaşım: “Karantin bizi qocaltdı

Aparıcı Tural Əsədov koronavirus ifneksiyasına yoluxub.

Adalet.az xəbər verir ki, artıq bir neçə gündür o, aparıcısı olduğu "Səhər mərkəzi" proqramına çıxmır.  Çünki məşhur aparıcıda bir müddət bundan əvvəl “COVID-19” aşkarlanıb. Bu səbəbdən o, özünü sosial həyatdan təcrid edib.

O, instaqramda fotosunu paylaşaraq “Karantin bizi qocaltdı”,- şərhini yazıb.

Evində müalicəsini davam etdirən Tural aparıcılıq etdiyi “Səhər Mərkəzi” proqramından da bir həftədən çoxdur uzaq düşüb. Hazırda verilişi Tutu Zeynalova və Elvin Mərdanov təqdim edir.

Qeyd edək ki, Tural Əsədov   2001-ci ildən Space telekanalında işə başlayıb.
 

Əntiqə Rəşid