adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
21 Aprel 2021 08:44
32305
ŞOU-BİZNES
A- A+

Ayrılıq CeyLonu kədərləndirmədi: Qaməti düzəlir, simasında səmimi gülüş...

 Bütün dünyanın maqazın dərgiləri az qala 1 aydır 51 yaşlı dünya ulduzu Cennifer Lopesin  45 yaşlı sevgilisi, beysbolçu Aleks Rodrigeslə ayrılıq xəbərlərini tirajlayır.  Maraqlıdır ki, dörd ildir birlikdə olan, 2 il əvvəl nişanlanan, iki dəfə toyunu təxirə salan cütlük münasibətlərinə anidən son qoyub. Düzdür, onlar ayrılığın səbəbini açıqlamasa da, Aleksin Lopesə xəyanət etdiyi bildirilib Belə ki, idmançı realiti-şou ulduzu Medison LeKroyla gizli eşq yaşayıb. Bunu inkar edən Rodrigesi dostları da müdafiəyə qalxıb. Amma onlar CeyLonu inandıra bilməyiblər. Hazırda müğənni Dominikanda film çəkilişlərində, Aleks isə Mayamidə yarışlara hazırlaşır. 

Görünən odur ki,  bu ayrılıqdan ulduz xanım kədərli görünmür. Beləki, aprelin 20-də Lopes çəkilişlər vaxtı adətən dincəldikləri avtoevin astanasında çəkilən şəkillərini paylaşıb. Fotolarda ağ köynək və eyni rəngdə cinsdə olan ifaçı əlində fincanla pilləkənlərin üzərində oturmuş halda əks olunub.

Şəkillərin aktrisanın söhbət elədiyi əsnada çəkildiyi görünür. CeyLo şəklinin çəkiləcəyi barədə xəbərdar edilmədiyi üçün fotolarda səmimi və emosional görünür. Pərəstişkarları bu görünüşünü yüksək qiymətləndiriblər və ona dəstək veriblər.  
Maqazin dərgilərinin xəbərinə görə bəzən münasibətlərə son qoymaq qadına müsbət təsir göstərir – qaməti düzəlir, simasında səmimi gülüş yaranır. Belə görünür ki, 51 yaşlı məşhur ifaçı və aktrisa Cennifer Lopeslə də bu baş verib. Bir sözlə, CeyLonun kefi yerində! 

Qeyd edək ki, Cenniferin əvvəlki nikahından iki övladı var. Aleks isə iki qız övladına sahibdir.
 

Əntiqə Rəşid