adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Aprel 2021 17:00
23899
SİYASƏT
A- A+

DOĞRUDANMI PUTİN QATİLDİR?

Amerika Birəşmiş Ştatlarının yeni prezidenti Con Baydaen Rusiya Federasiyasının prezidenti Vladimir Vladimiroviç Putini “qatil” adlandırdı. Və Rusiya öz səfirini həmin gün məsləhətləşmə üçün geri çağırdı. Münaqişə alovlanmaga başladı. 2021-ci ilin yenicə gəlişi yaddaşlara beləcə sürpriz gətirdi.

Belə fikir yürütmək olar ki, Amerikanın yeni prezidenti Con Bayden Rusiyada müxalifətin lideri Aleksey Navalninin həbsiylə bağlı fikrini belə dəyərləndirdi. Almaniyada zəhərlənmədən xəstəxanaya düşmüş sonra alman həkimlərinin əliylə ölümün pəncəsindən qurtulmuş Rusiyanın müxalifət lideri Navalnı Moskvaya qayıdan kimi onu həbs etdilər. Onun zəhərlənməsində Qərb V.Putinin əlinin birbaşa olduğu qənaətində bulundu.

Doğrudanmı Putin qatildir?

Yaxın keçmişlə bağlı kiçik xatırlatma, və yaxud yaxın tarixə nəzər salaq.

Mixail Xadorkovski publisist, siyasətçi, 1963 cü il təvəllüdlü iş adamı.

2013-cü ildə Berlin klinikasında anası Marina Xadokovskaya oğlunun dərdindən öldü.

Boris Berezov iş adamı, müxtəlif vəzifələrdə işləmişdir. 23 mart 2013-cü ildə Böyük Britaniyada öldürüldü.

Boris Nemtsov 1959-cu il təvəllüdlü, siyasi xadim, Boris Yeltsen zamanında Baş Nazir olmuş partiya sədri müxalifətçi. 27 fevral 2015 ci ildə Moskvada Kremlin yaxınlığında gündüz saatlarında qətlə yetirilib.

Hər üç iş adamı haqqında müxtəlif mediya mənsubları, xüsusən Rusiyanın “Dojd” telekanalı yetərincə məlumatlar yaydı. Görən bunlar siyasi baxışlarının qurbanları deyilmi...

 

 

 

 

Ermənistandan qaçqın düşmüş siyasi şərhçi, hazırda Amerikada yaşayan Paruip Ayrikyan müsahibələrinin birində dedi:-“Bəs Bakıdan qaçqınlar haçan qayıdacaqlar doğma ocaqlarına”. Biz də elə o günü gözləyirik.

Azərbaycanın 44 günlük ikinci Vətən Müharıbəsində Suriya, Livan, Fransa, İraq dövlətlərindən olan muzdlular eşitdiklərinə yox gördükləri mənzərəni heç vaxt unutmayacaqlar. Detallara keçək.

Erməni generalının əynində Amerika hərbçisinin hərbi forması necə ola bilər?

Üzərində seriya nömrəsi olan, beynəlxalq hüquqa görə qadağan olunmuş İsəndər-M raketi haqqında qısa arayış. 2007-ci ildən Rusiya ordusunda Silahlanmaya qəbul edilib. Demək olar ki, adı çəkilən ölkənin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir. İskəndər-M kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl “Patriot”,və “Aegis” hava hücumundan müdafiə komplekslərinin hücumlarını yara bilir. Ziqzaqvari hərəkət edir. Nəticədə radar kompleksləri bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir. Ağırlığı 380 kiloqramdır. Belə olan halda bu qadağan olunmuş raketi

Şuşaya kim atıb? 500 yüz kilometr radiusda bütün canlını və maneələri bir göz qırpımında məhv edən bu silahı 2016-cı ildə Rusiya Ermənistana ixrac edib. Anama Minatəmizləmə agentliyi bu silahın partlamamış qalıqlarını Şuşada aşkar etmişdir. Diqqət yetirək 8 noyabr 2020- ci ildə Şuşanı qəhrəman ordumuz ermənilərdən geri alıb. O vaxt bu raket tapılmamışdı. Şuşanın azad ediləcəyi günə qədər Şuşaya raket atıla bilməzdi, bu o deməkdir ki, erməni-erməniyə raket ata bilməzdi. Bəs necə oldu Şuşada Anama İskədər-M raketini 8 noyabrdan sonra aşkarladı. Azərbaycanın Müdafiə Nazirliyi, XİN-yi vəziyyətlə bağlı zamanında açıqlama verməliydi görmədik.

Əyər Ermənistan bu raketi atmayıbsa belə çıxır bu raketi Rusiya atıb. Belə bir versiya da yayıldı ki, guya bu Rusiyada olan etnomafiyanın işidir. Maraqlıdır Risiyanın hərbi sənayesində işləyən erməni və ermənipərəst qüvvələr də məncə bunu edə bilməzlər. Belə olan halda Vladimir Putin hara baxır. Bu qaranlıq məsələylə bağlı 25 nəfər Azərbaycan jurnalisti Rusiya hökumətimə müraciət ünvanlayıblar. Cavab gözləyirlər. Prezidentin mətbuat katibi Dmitri Peskov bu məsələni cavablandıracağını söyləyib. Biz bilirik Rusiya ilə güc dilində danışmağımız çətindir. Lakin Rusiya bilməlidir ki, Azərbaycan bundan sonra heç vaxt təslimçilik yolunu tutmayacaq. Biz çəkincəyimizi göstərməyəcəyik bunun sonuna çatacağıq. İskəndər-M raketinin məsələsi Haqa məhkəməsinə qədər gedə bilən bir məsələdir. Fakt odur ki, İskəndər-M qadağan olunmuş bu raket baş kəndimiz olan Şuşaya atılıb. Azərbaycan prezidenti Cənab İlham Əliyev də bu məsələni dünyanın gözü qarşısında içtimayiləşdirdi.

Rusiya bölgədə çox önəmli detaldır. Azərbaycan həm İran, həm də Rusiya ilə sərhəddə yerləşən yeganə dövlətdir. Bu qonşu dövlətlərlə qonşuluq münasibətləri yüksək səviyyədə olmağına baxmayaraq problemlər tükənmir ki, tükənmir. Əslində Azərbaycan ikinci Qarabağ Vətən müharibəsində qalib ölkə kimi nə lazımdırsa edib. Hüququn gücü olmayanda gücün hüququ baş verir. Bütün bunlara baxmayaraq Rusiya özünün görünməyən üzünü göstərməkdə israrlıdır. Qənaətimə görə Putin rusiyası Qarabağı saatbasaat, anbaan Azərbaycandan qoparmağa çalışır. Planlar cızır, hiylələr düşünür. Adı çəkilən Qarabağ məsələsində birbiriylə düşmən olan güc məşhurları Rusiya, ABŞ, Fransa eyni fikirlidirlər. Rusiyasız Azərbaycanla ermənilər qonşu kimi yaşaya bilərlər, necə ki, gürcülərlə yaşayırıq. Zənnimcə Ermənistanın minalanmış ərazilərimizin xəritəsinin verməməsi anlamı bilavasitə Putinln istəyi ilə bağlıdır. Putin məqamını gözləyir məqamı gələndə minalanmış ərazilərin xəritəsini Azərbaycana təslim edəcək.

Azərbaycan ordusunun qələbəsini bu fövqəlbəşər Rusiya dövləti həzm edə bilmir. Putinin dostu sayılan Ermənistanın sabiq prezidenti Robert Koçaryanla hazırkı Baş Nazir Nikol Paşinyandan qabaq tələsik görüşməsi hansı vacib məqmlardan xəbər verir. Robert Koçaryan ağasının yanından qayıdandan sonra soydaşlarına nə vəd edir. Bəlkə dünyanın terror tarixinə adını qızıl hərflərlə yazmış “Daşnaksütun partiyası”yla ittifaq qurmaq istəyir. Gözləntilər nədən ibarətdir bunu zaman göstərəcək. V.Putinin Ermənistan hakimiyyətinə təsir mexanizmi kimi Koçaryanı və Ermənistanı əlində saxlamaqla məqsədi, məramı görəsən nədir. Azərbaycanın icazəsi olmadan Xankəndinə səfər edən Rusiya Müdafiə Nazirinin müavini Dmitri Bulqakovun dilindən ermənilərə:-Sizin üçün evlər tikilməli, iş yerləri açılmalıdır-deməsi nədən xəbər verir. Hadruta 30 min erməninin qaytarılması ermənilər tərəfindən tez-tez səsləndirilir. Rusiyanın burada separatizm anlamına gəlməsi deyilmi. Və yaxud bu günlərdə Rusiyanın “Düzgün Rasiya” partiyasının sədri, Rusiya Dumasının üzvü Sergey Mironovun:-Qarabağı Rusiyaya birləşdirmək lazımdır” deməsi nədən xəbər verir. Dünya dövlətləri tərəfindən Azərbaycanın ayrılmaz hissəsi kimi tanınan Qarabağ ərazisi necə Rusiyaya birləşdirilə bilər?! Bütün bu deyilən və verilən təkliflərdə Putinin izi görünmürmü? Mənə elə gəlir ki, türkəfobiya, islamafobiya bu müttəfiqləri çox narahat edir. Azərbaycan qarşıdan gələcək təhlükələrə hazır olmalıdır. Bu işdə yalnız bizə Türkiyə lazımı dəstəyi verə bilər. Onun üçün biz Türkiyə ilə sinxrom hərəkət etməliyik. Mövcud vəziyyət bunu göstərir. Ermənistan heç vaxt geri durmayacaq. Yaşı 200 il olan bir beyni iki ilə dəyişmək qeyri mümkündür. Bu saxtakar xəstə təfəkkürlü qəbilə dövlətini biz artan gücümüzlə özümüz müalicə edə bilərik. Başqa heç kim...

İkinci Qarabağ Vətən müharibəsi zamanı ermənipərəst mövqeyi ilə dünyaya səs salan Fransa siyasiləri necə oldu yaxın günlərdə birdənbirə həqiqəti deməyə başladılar. Vaxtıyla Fransa konqresinin 306 senatının 305-i bizim əlehimizə səs vermişdi. Necə oldu bu ölkənin 22 nəfər siyasi elitasının gurgur guruldayıb:-“Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” deyərək, bir daha həqiqəti etiraf etmələri dünyanın sülhsevər, haqq-ədalət sevənlərini diksindirdi, haldanhala saldı.

Müharibə vaxtı Azərbaycanın haqq işinə dəstək verməyən, sərsəm bəyanətlər verən, erməni lobbisinin tüğyan etdiyi bu ölkədən belə ədalətli mövqe sərgiləməsi gözləmədiyimiz halda məni də şok etdi. Bu fikrimcə Azərbaycan mediyasının haqq səsinin revanşist, yalan erməni lobbiçiliyi üzərində qələbə çalması kimi qiymətləndirilməlidir.

Mövcud vəziyyətlə bağlı istər dünya çapında, istər münaqişə ölkələrinin mətbu orqanlarında yazılır:- “Noyabrın 10-dan sonrakı razılaşmaya görən kim kimdən aslı olacaqdır?”

-Qənaətimə görə bu aslılıgı Putin Rusiyası müəyyənləşdirir kim- kimdən aslıdır, kimin haqqı nə qədərdi. Biz özümüzü aldatmayaq elə vəziyyət yaratmışlar ki, onlardan biz aslıyıq, hərçənd ki, belə çox getməyəcək Fikir verin Azərbaycan ordusu 30 ilə yaxın Ermənistanın işğalında olan 23 faiz torpaqlarımızı 44 gün ərzində əks-hücum və diplomatiya yolu ilə azad etdi. Ermənistanın Baş Naziri Nikol Paşinyan dövründə R.Koçaryanın və S.Sarkisyanın yaratdığı ordu ordumuz tərəfindən məhv edildi. Azərbaycanın yeddi rayonu və Dağlıq Qarabağın baş kəndi Şuşa başda olmaqla bəzi ətraf kəndlər işğaldan azad edildi. Belə demək mümkünsə dörd minə yaxın şəhid verdik, (Ruhları qarşısında baş əyirəm) xeyli qazilərimiz, yaralılarımız oldu. Birləşmiş Millətlər Təşkilatının Azərbaycan torpaqlarının işğaldan azad olunmasıyla bağlı qəbul etdiyi dörd qətnaməni Azərbaycan ordusu yerinə yetirdi. Tarixi ədalət bərpa edildi. Üç dövlət Rusiya, Azərbaycan və Ermənistan dövlətlərinin rəhbərləri 10- noyabr 2020 ci ildə müharibənin dayandırılmasıyla bağlı 9 şərtdən ibarət koputiliasiya aktı imzaladılar. Rusiyanın təşəbbüsüylə bu baş verdi. Lakin həllini tapmayan suallar ortada qalmaqdadır. Sülhməramlı mandat adı altında Qarabağa gəlmiş Rusiya qoşunları Ermənistandan əslən Livan və Suriyadan olan erməniləri və onların havadarlarını Qarabağa avtobuslarla daşımaqla say tərkibini çoxaltmaqla məşğul olurlar. Razılaşmaya görə 2 min civarında gələn qoşunun indi 5 mindən çox görüntüsü gündəmdədir. 29 post məntəqəsi,-görəsən bu qədər post məntəqəsində nə iş görürlər, bu qədər post kimə lazımdır? Xankəndində beş mərtəbəli yaşayış binaları inşa edirlər, məktəblər tikir və rus dilini dövlət dili elan edir. Əcaba, görən bu haqqı ruslara kim verib?! Şərait yaradıb Xankəndinin erməni fəalları başda Araik Auritinyan olmaqla özlərinə qoşun düzəldiblər. Günügündən bu qoşunu formalaşdırmaqla gücləndirirlər. Görən fikirləri, məramları nədir...

Sabah bizi nə gözləyir. Kreml bizdən ötrü hansı cəzanı müəyyənləşdirir. Günahımız nədir. Hansı tələbinə yox demişik. Görən nədən Putin Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda-dövlət içində dövlət yaratmaq istəyir. Bu dövlətin adını, familiyasını nə qoyacaq.

 

Öyrəşdiyimiz dünyada bizə cəhənnəmi yaşadanlar hələ də tarixin səhnəsində at oynadırlar. Mənim aləmimdə Allahın yaratdığı dörd canlı var ki, onlar insanın və təbiətin zərərverənləridi. Tülkü, canavar, erməni, rus - bunlar çox zərərli canlılardı. Və onların çoxlu dosları da var.

Rusların izi törətdikləri soyqırımlar, qətilyamlar Azərbaycan xalqının tarixindən heç zaman silinməyəcək.

XX-əsrin ən böyük faciəsi-1992-ci il Xocalı soyqırımı...(Bu soyqırımı ermənilərlə ruslar birlikdə törətmişlər)

Rayonda 1 tibb müəssisəsi, 54 mədəniyyət ocağı, sahəsi 1000 kv-kilometr, əhalisi 27500 nəfər tarixi-mədəni abidələriylə məhv edildi, yerlə yeksan oldu...

Kəlbəcərin Ağdaban faciəsi 1992-ci il 8aprel...130 ev bütöv yandırılıb, 800 nəfərdən çox insan öldürülüb. Onlardan 32 nəfər amansızcasına işgəncə verilərək məhv edilib. Hələ körpə uşaqları, qocaları demirik.Rusiyanın hesabına

silahlanan ermənilər tarixdə analoqu olmayan qətlyam törətdilər. Xocalıda

törətdiklərini Ağdabani kəndində də törətdilər.

Zəngəzur mahalı Aərbaycanın qədim tarixə malik olan bir guşəsidir. Rus şovinizmi bu mahalı bizdən məcburi şəkildə qopardaraq Ermənistana birləşdiriblər. Bu yilda 20 mindən çox soydaşlarımızı öldürüb məhş etmişlər. Əhalinin müəyyən hissələrini Qazaxıstana, Sibirə sürgün etmişlər. Biz bütün bunları yaddan çıxara bilmərik. Zamanında İrəvanın əhalisinin 75% -i Azəri türkləri olub, indi nə üçün onlar orada yoxdur. Günahımız nədir?! Əyər 200 il bundan qabaq ermənilər Azərbaycana yox Rusiyaya və yaxud Parijə köçürülsəydi orada da ermənilər deyəcəkdi:-Burada ən qədim millət bizik.

Tariximizi hər vaxt Qriqoryanlar, Beriyalar, Buxarinlər, Salavyanlar, İvanovlar, Suslovlar, Şahnazaryanlar, və qaynanası erməni olanlar yazıblar.

Qarşıdan həm Ermənistanda, həm Rusiyada parlament seçkiləri gəlir. Sözsüz ki, Putin indidən bu seçkilərlə bağlı özünə rıçaqlar hazırlayır. Nəzərə alsaq Ukrayna ilə münasibətdə də belədir. Hiyləsinə görə Xarkovu, Jitomiri, Poltavanı vaxtıyla götürməli idi. Bəzi xarici ölkələrin müdaxiləsi ona –dur dedi. Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov bu günlərdə tədbirlərin birində açıq dedi:-“Biz o vaxt Krımdan imtina edəcəyik Ukrayna NATO-ya girməkdən imtina etsin”. İlahi nə qədər azğın olasan ki, belə bəyanat verəsən...

Bu günlərdə Amerika özünün 2 döyüş gəmisini Qara dənizə göndərib, Ukraynaya dəstək olmaq məqsədi ilə, lakin nəticə göz qabağındadı. Donbas Ukrayna ərazisidir, necə ki Qarabağ. Onunçun Donbasa və Luqanskyə Ukrayna Dövləti nəzarət etməlidir. Beynəlxalq hüquq Donbası, Luqanskini Ukrayna ərazisi kimi tanıyır.

Qənaətimə görə Con Baydenin “Putin qatildir” sözü elə-belə söz deyil. Bu söz böyük bir siyasi xəttin davamıdır, onun alt qatıdır. Dünyada baş verəcək hadisələrin anonsu kimi başa düşülməlidir. Hazırda yeni siyasi sistem dizayn edilir. Vurğuladığım kimi bu siyasətin alt qatında Putinin imperiya ambisiyaları görünməkdədir. İdeoloji bazaları artıq görünür. Dünya yaxşı görür ki, Vladimir Puti 1-ci Pyoturun qan qoxuyan vəsiyyətnaməcini qarşısına qoyub paralellər aparmaqla, məkrli siyasətini həyata keçirməklə məşğuldur. Vəsiyyətnamədə bu da var ki, rus əsgəri çəkmələrini Hind okeanında çıxarmalıdı.

Bu günlərdə maraqlı bir məlumat da yayıldı. Rusiyanın Xarici İşlər Naziri Aleksandr Qorovoy MDB ölkələrini Rusiyada qanunsuz olan 1milyondan çox miqrantı ölkədən çıxarmağa çağırıb. “RİA Novosti”-xəbər verir ki, nazir MDB Parlamentlərarası Asambleyasının iclasında belə çıxış edib. “Prezident sərəncamından da göründüyü kimi əgər həmin müddətə kimi bu insanlar ölkəni tərk edərlərsə, cəzalar verilməyəcək. Əks halda miqrasiya qanunvericiliyinə uyğun şəkildə tədbirlər görüləcək. Kütləvi informasiya vasitələri bloqçularla birgə işləyərək əyalətlərimizdə təşviqat işi aparmağımızı istərdim” deyə Qorovoy deyib. Daha sonra nazir görüş iştirakçılarına Daxili İşlər Nazirliyinin statistik məlumatlarını əks etdirən slayd göstərib. Orada qeyd olunub ki, hazırda Rusiyada 1milyondan çox qeyri-qanuni mühacir var. Qanunsuz miqrantların əksəriyyəti Özbəkistan vətəndaşlarıdır, onların sayı 332 min nəfərdən çoxdur. Tacikstan 247 min nəfərlə ikinci, Ukrayna 152 min mühacirlə üçüncüdür. Nazir iddia edib ki, Rusiyada Azərbaycandan olan 120 min mühacir var. Siyahıda növbəti yerləri Qırğızıstan 115 min, Ermənistan 61 min, Moldova 56 min və Qazaxıstan 49 min nəfər tutur. Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun bu barədə çıxışı maradlıdır: -Covid-19 pandemiya səbəbi ilə Rusiyada sayı xeyli azalmış əmək miqrantları genişmiqyaslı lahiyələrin həyata keçirilməsi üçün yetərli deyil. Sitat: “İddialı planlarımızı həyata keçirmək üçün bu miqrantlara həqiqətən ehtiyacımız var.”

Tanrı Türkə yar olsun-bizi qarşıda nələr gözləyir...Rusiya əsrlərdi yaxın ərazilərdə olan türk xalqlarını əzir. İmperiya sevdasıyla torpaqlarını əlindən alır, öz dilini, dilçəyini göstərir. Dünyanın yeni oyunçuları bunu həzm etmir. 20 milyon Çində uyğur türkləri yaşayır. İndi biz nə edək gedib onlara orada ayrı türk dövləti qurmağı təklif edək-yox. Zaman:-Hər bir işin zamanı var tələsmə- deyir.

Biz Azərbaycan xalqı olaraq qızıl ortağı tapmağı bacarmalıyıq. Adı Şərqdən-Qərbə, Qərbdən-Şərqdə məşhur olan, milli idiologiyası olan böyük şairimiz (ruhu şad olsun) Bəxtiyar Vahabzadənin oğlu professor, uzun illər xarici ölkələrdə səfir işləmiş siyasi icmalçı İsfəndiyar Vahabzadə yaxın günlərdə telekanalların birində dedi: -“Nə üçün biz millətçi deyilik, nə üçün biz millətçi sözündən qorxuruq”.

Əziz həmvətənlər bəlkə belə deyil, bəlkə qorxmuruq? Axı bizim bu günümüz olduğu kimi keçmişimiz də olub. Keçmişdən ibrət dərsi almaqla sabahımız necə olacaq onu düşünməliyik. Qanı qanımızdan, canı canımızdan olanlara vəzifələri verməliyik, sonrada tələb etməyi bacarmalıyıq. Övladlarına Londonda, Parijdə, Dubayda, İsveçrədə villalar alan, şirkətlər quranlar, ürəklə, canla, qanla, xalqımızı və dövlətimizi sevə bilməzlər. Allahımızı sevdiyimiz tək dövlətimizi sevmək boyun borcumuzdur. Biz bunu bacarmalıyıq.

İki əsrdə ilk dəfə idi torpaqlarımızı xalqımızın iradəsiylə, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusu vuruşaraq, qan tökərək, şəhid verərək geri qaytardı, erməni işğalından azad etdik. Türkün türkdən başqa dostu yoxdur. Azərbaycan və Türkiyə arasında etibar və etimad formalaşdı. Biz Türkiyəni özümüzdən uzaq tuta bilmərik. Belə olan halda Türkiyənin hərbi bazalarının Azərbaycanda olması zərurətdən doğan bir varlıq olardı. Bu vacibdir. Dünyanın şəkillənməsi baş verir. Dostumuz Pakistan və İsrail dövlətlərinin yanımızda olması ruhumuza güc qatdı, qələbəmiz gerçəkləşdi. Erməniləər tarixi dəyişsələrdə əlahəzrət faktları yox edə bilmədilər. Azərbaycan ordusu ədaləti bərpa edərək tarix yazdı.

Bəzi xarici siyasilər, münəccimlər, falabaxanlar, röya yorumçuları düşündüklərini deyə bilərlər. Lakin kim deyə bilər Qarabağın baş kəndi olan qədim Şuşaya atılan İskəndər-M raketinin atılması Vladimir Putinin iradəsindən kənardı. Son hadisələrə diqqət yetirsək görürük ki, Vladimir Putin dünyanı dağıdacağıyla hədələyir. Belə olan halda düşünürəm:-Doğurdanmı Putin qatildir?

 

 Maşallah Məftun

siyasi şərhçi