adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Aprel 2021 08:55
30076
ŞOU-BİZNES
A- A+

Xəstəliklə çarpışan məşhurlar: Koronavirus, xərçəng, qadın xəstəliyi...

Həm dünya, həm Azərbaycanın şou aləmi nümayəndələrinin müxtəlif xəstəliklərlə çarpışdığı məlumatları xəbər portallarında ardıcıl olaraq işıqlandırılmaqdadır. Yadınızdadırsa, bu günlərdə Azərbaycanın Xalq artisti Röya Ayxan xəstəliyi haqqında məlumat verdi. Dedi ki, müalicə alıram:”Pis deməyək ki, pis olmasın. Dörd ildir ki, dərman içirəm. Qadına aid bir problemdir, həll etməyə çalışırıq. Düzəlməsə də belə davam edəcək. Yaxşıyam. Həyatımda bir oğlum, bir mən və bir də dərman var. Bir gün içməsəm, 8-10 gün davamlı müalicə almalıyam ki, ağrılarım keçsin. Səhv olmamalıdır, hər şeyə riayət olunmalıdır”.

Röya xanımın xəstələnməsinə üzülərək, koronavirusa yoluxan müğənni Xatirə İslam və həyat yoldaşı Fəxrəddininin səhhətindəki xəbərini nəzərinizə çatdırmağa lazım bilirəm. O vaxt xəstəxanaya ağır vəziyyətdə yerləşdirilən cütlüyün səhhəti yaxşılaşıb. Müğənni xanım demiş, şükür təhlükəni atlatdılar.

Xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayevin Türkiyənin İstanbul şəhərində özəl xəstəxanalardan birinə yerləşdirilərək əməliyyat olunması da onu sevənləri xeyli kədərləndirdi.

Türkiyəli məşhur aktrisa Qonca Vuslateri başına gələnlər daha təhlükəli olub. Xanım müğənni koronavirusa yoluxub. Bu azmış kimi müalicəsinə xəstəxanada davam etdirən aktrisanın üstünə belindən aşağı qaynar su tökülüb. Belə ki, Vüslateri rahat nəfəs ala bilmək üçün qaynar suyun içinə kəklikotu yağı töküb. Ehtiyatsızlıqdan bir qazan qaynar su onun üstünə aşıb. Aktrisa qeyd edib ki, kök hüceyrə müalicəsi ilə tezliklə ayağa qalxacaq.

Xəstələnənlərə “Allah şəfa versin” deyib, keçmək istəyirdik, yeni bir müğənninin xəstələnməsi haqqında məlumata rast gəldik.

Deməli, Türkiyəli məşhur müğənni Hakan Altun xəstəxanaya yerləşdirilib.

Ulduz müğənninin televiziya proqramına çəkilişdən əvvəl vəziyyəti pisləşib.

H.Altunun beş gün reanimasiyada qalacağı bildirilib. Müğənni 2007-ci ildə onun beyin əməliyyatını aparan həkimin nəzarəti altındadır.

Dedi- qodu kimi çıxmasın, deyilənə görə, uzun müddət Qoncayla Hakan sevgili olublar... Söhbət evlənmək həddinə qədər gəlmişdi. Qəflətən ayrıldılar...

Allah bütün xəstələrə şəfa versin!

Əntiqə Rəşid