adalet.az header logo
  • Bakı 17°C
22 Aprel 2021 12:26
32737
MƏDƏNİYYƏT
A- A+

Kamran Ağabalayev "Kırmızı oda"ya yox dedi

Aktyor Kamran Ağabalayev Türkiyənin məşhur "Kırmızı oda" serialında çəkilmək təklifinə "yox" deyib.
Sənətçi bunu hazırda "GoEast 2021" film festivalında olması ilə əlaqələndirib:
"Təklifə "yox" demək məcburiyyətindəyəm. Çünki festivala dəvət almışam, əsas yarışma bölümündəyəm. Heç etik olmazdı getməyim.
Bir də ki, normal haldır, aktyor dəvət alar, ya alınar, ya alınmaz. Mən dəvət alıb çəkilməməklə də xoşbəxt olmağı bacarıram".
Festivaldan danışan K.Ağabalayev "Festivala Elvin Adıgözəlin "Biləsuvar" filmi ilə qatılmışam. Obrazımın adı da elə Kamrandır. Festival aprelin 20-də başlayıb, 29-na kimi davam edəcək",- deyə aktyor əlavə edib.
Qeyd edək ki, K.Ağabalayevin "Kırmızı oda"da çəkilmək üçün bu həftənin cümə günü İstanbulda olması istənilib.


AYXAN