adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Aprel 2021 17:54
21569
MƏDƏNİYYƏT
A- A+

BXA-da "Ümumdünya kitab və müəlliflik hüququ gününə" həsr olunmuş  onlayn tədbir keçirilib 

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Kitabxana-informasiya mərkəzinin təşkilatçılığı ilə "Ümumdünya kitab və müəlliflik hüququ gününə" həsr olunmuş "Hər kitab bir xəzinədir" adlı onlayn tədbir keçirilib. 

Tədbirdə BXA-nın elmi katibi, aparıcı müəllim və tələbələri iştirak ediblər. Microsoft Teams platforması üzərindən təşkil olunmuş tədbiri giriş sözü ilə açan BXA-nın Kitabxana-informasiya mərkəzinin müdiri İradə Mehdiyeva "Ümumdünya kitab və müəlliflik hüququ günü” haqqında məlumat verərək, mənəvi aləminin zənginləşməsində, bədii təxəyyül və  idraki bacarıqların inkişafında, həmçinin vətəndaş tərbiyəsində kitab mütaliəsinin müstəsna rolunu vurğulayıb. 

Sonra isə bildirilib ki, BXA-nın Kitabxana-informasiya mərkəzinin maddi-texniki bazası təkmilləşdirilir: “Kitabxana-informasiya mərkəzinə yaxın zamanlarda 72 adda bədii ədəbiyyat daxil olub. Bəzi musiqi notlarının və bəddi ədəbiyyat nümunələrinin akademiyaya gətirilməsi üçün artıq danışıqlar aparılır. Eyni zamanda, elektron kataloqun tərtib edilməsi istiqamətində müəyyən işlər də görülür. Yeni tədris ilində tələbələrimiz elektron kataloqlarımızdan istifadə edə biləcəklər”.

Tədbirə qoşulan digər məruzəçilər də "Ümumdünya kitab və müəlliflik hüququ günü” ilə bağlı çıxış edərək gənc  nəsillərin inkişafında kitab oxumağın vacibliyini qeyd ediblər.