adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Aprel 2021 09:44
27537
HADİSƏ
A- A+

Bakıda gənc oğlan yol qəzasında ağır xəsarət aldı

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”  xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, Xan Şuşinski küçəsində motosikletlə avtomobilin toqquşması nəticəsində 1998-ci il təvəllüdlü Sadıqov Fuad Fərhad oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması, döş qəfəsinin əziyi diaqnozu qoyulub.