adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
24 Aprel 2021 11:01
35038
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: ŞƏNBƏ SABAHININ  ŞEİRİ

( "Etiraf"  silsiləsindən)

Xəyal  yenə  yaxaladı  ruhumu,
Bir də gördüm  dayanmışam  önündə...
Yəqin sən də,  qarışdırdın  yuxunu -
Yaşayırsan sən də  mənim günümdə!..

Allah  bilir  nə  baş  verir  içimdə,
Dözə -dözə  yerin , göyün  yükünə...
Amma  yenə  bu boyda.  bu  biçimdə -
Canım qurban  sənin  bircə  tükünə...

Yaddaşının  bir  küncündə  -  qıraqda  
Bilirəm ki,  bu sevgidən  naxış  var...
Sənin   bəxtin   yazılan  o  varaqda -
Qoşalaşıb,  doğmalaşıb   baxışlar...

...Mən  ruhumla  səninləyəm  hər  bir  an,
Nəfəsim də  şirə  çəkir  adından...
İnanclısan , deyim  eşit   və  inan -
Tanrım kimi sən  çıxmırsan  yadımdan!..