adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Aprel 2021 17:08
22602
HADİSƏ
A- A+

Bağdad xəstəxanasında baş verən yanğında 82 nəfər həlak olub

İraqın paytaxtı Bağdad şəhərindəki xəstəxanada baş verən yanğın nəticəsində ən az 82 nəfər ölüb, 110 nəfər yaralanıb.

Adalet.az-ın məlumatına görə, bu barədə Baghdad Al Youm xəbər portalı İraq Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi general-mayor Halid əl-Mihnə istinadən bildirib.

Məlumatda qeyd olunub: "İbn əl-Xətib xəstəxanasında baş verən yanğın xəstələr və heyət də daxil olmaqla 82 nəfərin ölümünə səbəb olub, 110 nəfər yaralanıb".

Bildirilib ki, yaralananlar arasında vəziyyəti ağır olanlar da var.

Qeyd edək ki, Bağdad şəhərinin cənub-şərqində yerləşən İbn əl-Xətib xəstəxanasında yanğın ötən gün axşam baş verib.