adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
26 Aprel 2021 15:09
21060
DÜNYA
A- A+

ÖLÜLƏRİ ELƏ KÜÇƏLƏRDƏ YANDIRIRLAR

Hindistanda COVİD-19 necə tüğyan edirsə ölənləri yığıb-yığışdırmaq  olmur. Məlumdur ki, Hindistanda dünyasını  dəyişənləri yandırırlar. Təbii ki, bu  bütün  hindistanlılara aid deyil, çünki orda   xristianlar və müsəlmanlar da yaşayır. 

Məsələ bundadır ki, ölənlərin sayı  çox olduğuna görə,  əzizləri onları dini rituallarla yox, elə üst-üstə yığaraq  yandırırlar.

Tanrı bu bəladan həm bizi, həm də dünyanı xilas eləsin.