adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Aprel 2021 09:41
25435
SAĞLAMLIQ
A- A+

Xalq artisti Arif Quliyevin ölməsi ilə bağlı məlumatlar yalandır - TƏBİB

Xalq artisti Arif Quliyevin dünyasını dəyişməsi xəbəri yalandır.

Bunu Trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Mərkəzindən (TƏBİB) bildiriblər.

Məlumatda bildirilib ki, koronavirus infeksiyasına yoluxan A. Quliyevin müalicəsi davam etdirilir: "Yayılan məlumatlar həqiqəti əks etdirmir, xalq artisti "Yeni Klinika"da müalicə olunur".

Xatırladaq ki, xalq artisti Arif Quliyevin ölməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb.