adalet.az header logo
  • Bakı 12°C
27 Aprel 2021 11:00
21843
DÜNYA
A- A+

Erməni general 60 nəfərin itkisinə görə ittiham olunur

Ermənistan ordusunun baş qərargah rəisinin müavini döyüş hazırlığı idarəsinin rəisi general-leytenant Andranik Makaryan İkinci Qarabağ müharibəsində 60 nəfərin itkisinə görə ittiham olunur.

Bu barədə “Joxovurd” qəzeti yazıb.

Məqalədə qeyd olunub ki, Ermənistan İstintaq Komitəsinin Hərbi istintaq idarəsində məsələ ilə bağlı araşdırma aparılır. A.Makaryan dindirilmək üçün komitəyə çağırılıb. O bildirib ki, 60 nəfərin itirilməsi ilə nəticələnən əməliyyatla bağlı tapşırğı öz istəyi ilə verməyib. Əmrin daha yüksək orqandan verildiyi məlum olub.

Məsələ ilə bağlı Azərbaycanın Qarabağ bölgəsindəki separatçı rejimin tör-töküntülərinin keçmiş “müdafiə nazir”i Cəlal Arutyunyan və Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının keçmiş rəisi Movses Akopyan da Hərbi istintaq komitəsinə çağırılıblar. Onlar digər məsələlərlə bağlı da dindirilir.