adalet.az header logo
  • Bakı 18°C
27 Aprel 2021 16:55
20951
SAĞLAMLIQ
A- A+

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 583 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 7374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9209 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 440 243, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 946 834, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 493 409 təşkil edir.