adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Amerika Vətən xainlərinə nə edir? - Rahmi Turan yazır

42207 | 2021-04-28 11:59

ABŞ heç bir ölkənin dostu deyil. Eqoist, kinli və öz mənfəətlərini düşünən dövlətdir.

Bu baxımdan Türkiyəyə dinlərini qıcamasına təəccüblənməmək gərəkdir!

Ona etiraz edə bilməyəcək qədər iqtisadi problemlər içində olduğumuzu gördü və “1915 hadisələri soyqırımdır” deyərək uzun illərdir deyə bilmədiyini ağzından çıxartdı.

ABŞ-ın nə qədər mənfəətpərəst olduğunu, öz çıxarları üçün dünyanı qana bulamaqdan çəkinmədiyini hamı bilir.

Ölkələrdən, insanlardan istifadı edir, işi bitən kimi fırladıb qırağa tullayır.

II Dünya Müharibəsindən bu yana 76 il içində dünyadakı bütün müharibələrin, işğalların və çevrilişlərin arxasında ABŞ durur.

ABŞ Vyetnamda, İraqda, Əfqanıstan və Afrikada ölən milyonlarla məsum insanın qatilidir. Ancaq heç kimin gücü bu cinayətlərin hesabını soruşmağa çatmır.

★★★

Amerikanın çirkin ikili standartını şəxsən Henri Kissincer açıqladı.

Bugün 98 yaşı olan Kissincer amerikalı diplomat və siyasət adamıdır.

1973-1977 illər arası ABŞ-ın Xarici İşlər Naziri vəzifəsində çalışıb.

70 ildir amerikan imperializminin fikir atalığını edir.

Nyu Yorkda Rokfeller Vəqfindəki bir toplantıda Kissincerdən Amerikanın gerçək gücünü soruşurlar. Gülür və deyir ki:

- Amerika dünyanın ən güclü ölkəsidir. Bütün dünyaya istiqamət verdiyimiz şübhəsizdir. Bəs ABŞ olaraq niyə bu qədər güclüyük, bilirsinizmi? Biz içimizdəki Vətən xainlərini öldürürük! Bu mövzuda heç mərhəmətli deyilik. Bir də digər ölkələrdəki Vətən xainləri var. Tam əksinə, o xainləri bəsləyirik. Hamısını bir qəhrəmana çevirib vacib adama çeviririk və öz mənfəətlərimizə uyğun işlədirik. Bax, Amerika olaraq gücümüzün əsl sirri bundadır!

Silah gücümüz də çox vacibdir, amma əsas gücümüzdən sonra.

★★★

Henri Kissincerin etirafında olduğu kimi Amerika öz içindəki xainlərə əsla aman vermir, qanuni ya da qeyri-qanuni əməliyyatlarla onları öldürür. Başqa ölkələrdəki Vətən xainlərini isə bəsləyərək Amerikanın çıxarları üçün istifadə edir!

Dilimizə uyğunlaşdıran: Eminquey

 

TƏQVİM / ARXİV