adalet.az header logo
  • Bakı 18°C
29 Aprel 2021 09:52
24251
HADİSƏ
A- A+

Bakıda binada yanğın, 12 nəfər təxliyə edildi

Bakı şəhərinin Binəqədi rayonunda yanğın olub.

Adalet.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 5 m² sahədə və elektrik kabeli 3,5 p.m yanıb.

Yanğın zamanı 5-i azyaşlı olmaqla 12 nəfər bina sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.