adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Aprel 2021 16:51
20701
SAĞLAMLIQ
A- A+

Azərbaycanda 2 274 nəfər COVID-19-dan sağalıb, 29 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 392 yeni yoluxma faktı qeydə alınıb, 2 274 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 317 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 287 298 nəfər müalicə olunaraq sağalıb, 4 490 nəfər vəfat edib, aktiv xəstə sayı 26 125 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 756, ötən müddət ərzində isə ümumilikdə 3 229 867 test aparılıb.