adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Aprel 2021 13:17
19579
SİYASƏT
A- A+

"Azəriqaz"ın Baş direktoru azad olunan ərazilərin qazlaşdırılması prosesindən danışdı

İşğaldan azad olunan ərazilərin qazlaşdırılması prosesi ilə əlaqədar Prezident Administrasiyası tərəfindən müəyyən edilən xüsusi qruplar yaradılıb.

Adalet.az-ın məlumatına görə, bunu "Azəriqaz" İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev deyib.

O bildirib ki, "Azəriqaz"İstehsalat Birliyi də Energetika Nazirliyinin tərkibində olan qrupda fəaliyyətini davam etdirir:

"Həmin işçi qrupda bizim nümayəndələr də var. Hazırda proseslə bağlı inventarlaşdırma işləri aparılır. Layihələndirmə və digər işlər üçün tapşırıq gözləyirik. Nəticə barədə ictimaiyyətə məlumat veriləcək".