adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Aprel 2021 13:59
37690
SAĞLAMLIQ
A- A+

Gələcəyimiz təhlükədə- SOS

Nikah yox, doğum azalır, ölüm artır- Niyə?

 

Müasir dünyada qloballaşma şəraitində baş vərən prosəslər bütün dünyada olduğu kimi Azərbaycanda da ailə institutuna təsir göstərməkdədir. Avropa ölkələrində bu gün ailələrdə uşaqların sayının azalması bizim ölkəmizdə də müşahidə olunur. Azərbaycanda əhalinin dinamik artımının və milli maraqlara cavab vərən dəmoqrafik təhlükəsizliyin təmin olunması və gələcəkdə sağlam nəslin yətişməsi ölkənin əsas prioritət istiqamətlərindəndir.

Dövlət tərəfindən həyata kəçirilən islahatlar iqtisadi və sosial inkişafın təmin olunması ilə yanaşı, ölkənin demoqrafik inkişafına, habələ əhali artımına da müsbət təsir göstərir. Bələ ki, 2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayının 20,1 faiz artaraq 2019-cu ilin martında 10 milyon nəfərə çatıb.

Bununla bələ son on ildə yəni doğulmuş uşaqların sayında azalma müşahidə ədilməkdədir. Bələ ki, 2020-ci ildə Azərbaycanda 126 min 571 uşaq dünyaya gəlib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ilin doğuş sayı 2019-cu ildən azdır. Çünki 2019-cu ildə Azərbaycanda 141 min 179 uşaq dünyaya gəlib. 
Xatırladaq ki, son illər ərzində Azərbaycanda ən çox doğum halı 10 il əvvələ 2011-ci ilə təsadüf ədir. Həmin il ölkədə 176 min 72 körpə dünyaya göz açıb.
Lakin 2011-ci ildən sonra doğulmaların sayı azalan təmpdə qəydə alınıb. 
Bundan başqa, 2020-ci ildə təbii artımın sayında da hədsiz azalma var. Bələ ki, 2019-cu ildə təbii artım 85 min 263 idisə, 2020-ci ildə bu göstərici 50 min 924 olub. 
2020-ci ilin səvindirici olmayan digər statistikası ölüm saylarının artmasıdır. Bələ ki, 2019-cu ildə 55 min 916 nəfər vəfat ədibsə, 2020-ci ildə ölənlərin sayı 75 min 647-dir. 
Müsbətə doğru dəyişən yəganə statistika isə 1 yaşadək uşaqların ölümü ilə bağlıdır. Bələ ki, 2019-cu ildə 1557 bələ hal yaşanmışdısa, 2020-ci ildə bu rəqəm 1242-yə düşüb.

“Son illər ərzində əhalinin ümumi sayında artım olsa da, doğulanların, eyni zamanda  ölənlərin sayı azalıb. Bununla yanaşı, ana ölümü və körpə ölümü əmsalları da aşağı düşüb.”- bu barədə sözü gədən mövzuyla bağlı müraciət etdiyimiz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirildi. Komitədən aldığımız məlumatda qeyd olunur ki, Azərbaycan ailə modelinin həmişə çoxuşaqlı olmağı ilə seçiliməsinə baxmayaraq, bu gün dünyada azuşaqlı ailələrə üstünlüyün verilməsi tendənsiyası ölkəmizdə də müşahidə olunur:

“Bunun əsas səbəbləri müasir ailələrin şəxsi həyatına və inkişafına daha çox vaxt ayırmasına, az sayda uşaqların həyatına və gələcəyinə görə valideynlik məsuliyyəti daşımasına, uşaqların hər birinə daha çox vaxtın ayrılmasına, onlara yaxşı təhsil verilməsinə, onların gələcəyini daha yüksək səviyyədə təmin olunmasına üstünlük verməsidir.

Doğum nisbətinin aşağı düşməsinin səbəbi kimi nikahların sayının azalması və boşanmaların sayının artmasını da göstərmək olar.

Bununla yanaşı, doğum nisbətinin aşağı düşməsinə abortların sayının artması da öz təsirini göstərir”.

Komitədən aldığımız məlumatda o da vurğulanır ki, doğum nisbətinin azalmasının səbəbləri sırasında uşaqların doğulanadək cins seçiminə görə hamiləliyin süni şəkildə pozulmasını xüsusilə qeyd ətmək lazımdır.  Doğulanların cins nisbətinə görə 100 qıza 114 oğlan düşür.  Baxmayaraq ki, ötən illərnən müqayisədə göstərici azalmağa doğru dəyişib, amma hələ də yüksəkdir. Müasir dövr elmin və texnikanın, yəni praktiki innovasiyaların inkişafı ilə səciyyələnir.  Tibb sahəsində inkişaf 3D və 4D rejimində  ultrasəs müayinəsi vasitəsilə  uşağın cinsini müəyyən etmək imkanı verir. Bu uşaqların doğulanadək cins seçiminə görə hamiləliyin süni şəkildə pozulması hallarının və oğlan uşaqlarının sayının artmasına gətirib çıxarır.

Bu istiqamətdə bir sıra  normativ hüquqi aktlar və sənədlər qəbul ədilib

1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu;

2. Nikaha daxil olmaq istəyən vətəndaşların icbari tibbi müayinədən keçməkləri ilə bağlı Azərbaycan Rəspublikasının Ailə Məcəlləsinə dəyişikliklərin ədilməsi ilə bağlı Qanun;

3. “Əhalinin reproduktiv sağlamlığının qorunması üzrə Milli Strategiya (2008-2015);

4. “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”;

5.“Uşaqların doğulanadək cins səçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”;

6. “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”;

7. “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”;

8. "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı;

Xüsusilə, ötən il qəbul edilən “Uşaqlara dair Strategiyaı”nı və “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nı qeyd etmək lazımdır. Həmçinin sözü gedən komitə tərəfindən növbəti sənədin layihəsi hazırlanıb, Yaxın zamanda  layihə müzakirə üçün çıxarılacaq.  Qayd olunan sənədlərdə  ailə institutunun möhkəmləndirilməsi, ailələrin sağlamlığının qorunması, yeniyetmə və gənclərin sağlam nəsil kimi yetişməsi istiqamətində  tədbirlərin həyata keçirilməsi  nəzərdə tutulur.

Dövlət ailə siyasətinin həyata keçirilməsi istiqamətində qəbul edilən sənədlərin müvafiq bəndlərin icrası məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gənc nəslə aşılanması, gənclərin ailə həyatına hazırlığı, əhalinin, xüsusilə yeniyetmə və gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılması sahəsində biliklərinin artırılması, uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair maarifləndirilməsi məqsədilə tədbirlər həyata keçirilir, məlumatlandırma vəsaitləri, təqdimatlar, sosial çarxlar hazırlanaraq, Komitənin rəsmi vəbsaytına və sosial şəbəkə səhifələrinə yerləşdirilir.

Mövzunu daha gəniş araşdırmaq üşün həkimlərəin də bu barədə fikirlərini öyrənməyə çalışdıq.

Tibb üzrə fəlsəfə doktoru tanınmış mama-ginekoloq Elnarə Məstiyeva son illərdə kişilərdə olduğu kimi, gənc qadınların arasında da sonsuzluq sayı artdığını etiraf ətdi. Elnarə xanım bunun səbəbləri ki bəzi faktorlardan söhbət açdı: “Gənc ailələrdə sonsuzluq probleminin tibbi anlamda bəzi səbəbləri var. Misal üçün, uşaqlıda kecirdikləri xəstəliklər, valideyn tərəfindən keçən irsi xəstəliklər- xəstə valideynin dünyaya gətirdiyi uşaqlarda da sonralar nasilartırma funksiyası zərər görmüş olur. Bu onu göstərir ki, gələcək nəsil əvvəlkilər kimi güclü deyil”.

“Sonsuzluq yaradan  faktorlardan mən iqlim deyişikliyini də göstərə bilərəm. Bu gün məişətimizdə texnologiyadan geniş istifadə edərkən, radiasiya problemini diqqətə almırıq. Mobil telefonlar, kompüterlər, artıq küçələrimizdə quraşdırılan onlayn işləyən kameralar, vayfay modemlər-  hamısı güclü eləetromaqnit şüalanma mənbəyidir və havanı çirkləndirir. Bundan başqa bu gün qidalanma tərzi də narahatçılıq yaradır, fast-fooddan geniş istifadə, gənclərin stressli həyat tərzi, bunun qarşısını almaq üşün istifadə edilən dərmanlar reproduktiv funksiyaya mənfi təsir edir. Bu gün bütün dünyada xəstəliklər gəncləşib. Bir ildən yuxarıdır ki, pandemiya ilə əlaqədar kompüterdən telefondan istifadəni əvvəlkindən dəfələrlə çoxaldıb. Bu gün reprodiktiv texnologiyalardan istifadə də artıb. Süni mayalanmadan istifadə halları çoxalıb. Əvvəllər bu proses çox bahalı idi, lakin son illər bu istiqamətdə qiymətlərin ucuzlaşması kasıb təbəqə üçün də əlçatan edib. Bunun sayəsində nəsilartırma sayı da çoxalmalı idi, ammaəsüni mayalanma sayı çoxalması ümumi uşaq doğuşunun sayında azalma ilə müşayət olunur. Son bir ildə bunun daha çox azalmasının səbəbi pandemiya səbəbindən toyların olmaması evlənmə sayını da azaldıb”,- deyə həkim movzuya uyğun olaraq əsas məlumatları qeyd etdi.

Respublikamızın tanınmış androloqlarından olan Akif Mehraliyev də son illərdə gənc kişilərdə sonsuzluq hallarının çoxaldığını vurğuladı. Onun sözlərinə görə, eəkoloji problemlərin yəni havanın, suyun  ekoloji standartlardan dəfələrlə artıq çirklənməsi- bu gənclərin arasında sonsuzluğun yaranmasının başlıca səbəbidir: “Qidalandığımız ərzaqlara yaralılıq müddətinin artırılması üçün son 20 ildə kənar müdaxilənin sayı artıb. Bu da orqanizmin ümmun sistemini zəiflədib, spermanın mayalandırma qabiliyyətinin aşağı düşməsinə səbəb olur”.

Akif həkim sonsuzluğun artmasının başlıca səbələrindən biri kimi etik-mənəvi dəyərlərin pozulması ilə əlaqələndirdi: “Yəni cinsi münasibətin əndazədən çıxması səbəbindən cinsi yolla xəstələnənlərin sayı artıb. Zöhrəvi xəstəliklər qadınların yumurtalığında, kişilərin isə toxum kisəciklərində  iltihabın əmələ gəlməsinə səbəb olur”.

“Bir həkim kimi deyərdim ki, son illər açıq- saçıqlıq, gənclərin pornoqrafik görüntüləri rahat əldə etməsi onların hisslərini kütləşdirir. Bu da gənclər arasında  impotensiya hallarını çoxaldır. Yəni 50 il əvvəlin kişiləri indi yoxdur. Əvvəlki dövrlərlə müqayisədə indi qarşı cinslərin bir-birinə əlçatan olması, onları bir-birinə laqeydləşdirir. Gənc cütlüklır arasında cinzi pozgunluq sonsuzluğa səbəb olan amillərdəndir. Bundan başqa sonsuzluq bəzən irsi də olur. Ailələr tanıyıram ki, 5 qardaşın hamısı sonsuzdur”,- dəyə A.Mehralıyəv fikrini tamamladı.

Tanınmış psixoloq Sevinc Baxışova ilə söhbətimizdə ilə son illər uşaq artımının azalmasının psixoloji səbəblərini öyrəndik.

“Bu gün ailələrdə dogulan uşaq saylarının azalması halları müşahidə olunur.Təbii ki, bunun bir sıra səbəbləri var”,- deyən Sevinc xanım bunu təsadüf nəticəsində qurulan ailələr, ailədaxili münaqişələr və sosial rifahla baglı olduğunu qeyd etdi.

“Cütlüklər düşünürlər ki, uşagi dünyaya gətirib, böyütmək və tərbiyə etmək çətin məsələdir. Çox az ailədə 3 və ya 4 uşaq böyüyür. Təbii ki usaqları təlim-tərbiyə etmək, təhsil vermək maddi imkan tələb edir. Buna görə də ailələr ikidən artiq usaq dünyaya gətirmək haqda düşünmür. Dogulan uşaqların saynın azalması gənc nəslin və işləyən insanların sayının azalması deməkdir. Əvvəllər Azərbaycanda çoxuşaqlı ailələlərin sayi daha çox idisə, indi tam əksidir. Ailələrin sosial rifahının yaxşılaşması ailədə olan uşaqların da sayının artımına müəyyən qədər səbəb ola bilər. Aidiyyatı qurumlar bu istiqamətdə müəyyən işlər görməli və yenı qurulan ailələrlə maarifləndirmə işləri aparmalıdırlar”,- deyə psixoloq fikrini belə izah etdi.

“Əhalinin dinamikası onun təbii artımını, doğum və ölüm göstəricilərinin fərqini müəyyən edir. Biz son dövrlərdə baş verən hadisələri pandemiya, boşanmalar, toy mərasimlərinin olmaması, ailələrdə sosial problemlər, koronavirusdan ölənlərin sayının çoxalmasıının da statistikasına diqqət etsək doğum sayının azalmasında bu amillərin böyük təsirini görərik”. Bu sözləri mövzu ilə bağlı danışarkən tanınmış sosioloq Zəminə Səfərova söylədi:

“Əvvəllər iş yerləri çox idi, ailə başçısı ailəni saxlamaq üçün çətinlik çəkmirdi. 44 günlük müharibədə baxın nə qədər subay oğlanlarımız şəhid oldular, ailələr başsız və ya övladsız qaldı. Son illər Azərbaycandan xeyli sayda gənclər digər ölkələrə miqrasiya ediblər. Bütün bu səbəblərdən əhali sayının azalması müşahidə edilir. Doğumun sürətlə azalması təbii artımın aşağı düşməsinə gətirib çıxarır. Bir çox Şərqi Avropa və MDB dövlətlərində də əhali sayının azalması müşahidə olunmaqdadır”.

Azərbaycanda nadir hallarda böyük ailələrə rast gəlmək olar. Müasir gənc valideynlər ən çox iki uşağa qərar verirlər və gələcəkdə iki uşaqlı ailələrə də nadir halda rast gəlinəcək. Bu səbəbdən dövlət gənc valideynlər üçün ailədə çox sayda uşaqdan qorxmamaq üçün əlverişli şərait yaratmağı düşünməlidir.

Z.Səfərova uşaq artımında rəqəmlərin ilbəil azalmasının qarşısını almaq üşün gənc ailələrə maddi dəstəyin verilməsinin, tibbi xidmətlərin yaxşılaşdırılmasının və bu xidmətlərə çıxışların sadələşdirilməsinin vacibliyini qeyd etdi.

“Gənc ailələrin dünyaya gətirəcəkləri övladları hər tərəfli dövlət tərəfindən təmin edilərsə, əlbəttə ailə heç bir çətinliklə üzləşməsə uşaq sayını da artırmağı düşünərlər. Ümid edək ki, gənc ailələr üçün dəstək proqramı yaranacaq və ölkədə doğumu stimullaşdırmaq üçün yeni-yeni imkanlar yaradılacaq”,- deyə Z.Səfərova fikrinin tamamladı.

İltifat HACIXANOĞLU