adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Aprel 2021 16:51
22398
SİYASƏT
A- A+

Prezident İlham Əliyev İsrailin dövlət başçısına başsağlığı verib

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə başsağlığı verib.

Adalet.az xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Meron dağında keçirilən dini mərasim zamanı çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi son dərəcə sarsıtdı.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İsrail xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".