adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
30 Aprel 2021 17:33
35855
HÜQUQ
A- A+

Ötən il qeydə alınan hərbi cinayətlər 36,1 faiz azalıb - Xanlar Vəliyev

2019-cu illə müqayisədə 2020-ci ildə qeydə alınmış hərbi cinayətlər ümumilikdə 36,1% azalıb.

Adalet.az-ın məlumatına görə, bunu Respublika Hərbi Prokurorluğunda keçirilən kollegiya iclasında Respublikanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

O bildirib ki, hərbi xidmət əleyhinə olan cinayətlər 47,6%, qeyri hərbi cinayətlər isə 18,6% azalıb: "Eləcə də, qeydə alınmış qəsdən adam öldürmə cinayətləri 30%, qəsdən adam öldürməyə cəhd cinayətləri 71,4% və baş vermiş özünü öldürməyə cəhd hadisələri 60% azalıb. Cinayət hadisələrinin, o cümlədən bu qəbildən olan cinayətlərin qarşısının alınması istiqamətində Hərbi Prokurorluğun aidiyyəti qurumlarla birgə fəaliyyəti uğurla davam etdiriləcəkdir".