adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
01 May 2021 11:44
21065
HADİSƏ
A- A+

Naxçıvanda saxta pul alverçisi yaxalandı

Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Məmmədov 100 dollarlıq saxta əskinası satarkən saxlanılıb.

Bu barədə Adalet.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, şəxsi axtarış zamanı ondan 30 ədəd 100 dollarlıq saxta əskinas aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.