adalet.az header logo
  • Bakı 12°C
01 May 2021 12:06
26366
HADİSƏ
A- A+

Qarabağda daha bir erməni hərbçinin cəsədi tapıldı

İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Azərbaycan ərazisində aşkar edilmiş cəsəd Ermənistan tərəfinə təhvil verilib.

Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1552 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılıb.