adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 May 2021 16:50
22644
SAĞLAMLIQ
A- A+

Azərbaycanda indiyədək COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 988 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 391, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 597 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 505 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 971 523, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 533 683 təşkil edir.