adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 May 2021 15:20
35615
HADİSƏ
A- A+

Qəzada ölən müğənni Aslan anasının yas mərasimindən gəlirmiş

Bu gün yol qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynov Gəncədən anasının yas mərasimindən qayıdırmış.

Adalet.az-ın məlumatına görə, A.Hüseynovun anası ötən həftə dünyasını dəyişib. Müğənni də dünən anasının 7 mərasimində iştirak etmək üçün Gəncə şəhərinə gedib.

Bu gün səhər saatlarında Gəncədən Bakıya qayıdan A.Hüseynov Bakı-Qazax yolunun 60-cı kilometrliyində yol qəzasına düşüb və nəticədə dünyasını dəyişib.